“Azərbaycan və Özbəkistan arasında sərmayə əməkdaşlığı genişlənir” Deputat

03.07.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Özbəkistanda son illər keçirilən islahatlar ölkəni regionda aparıcı ölkələrdən birinə çevirib".

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov bildirdi.

Deputat qeyd etdi ki, Azərbaycan Özbəkistanla qarşılıqlı sərmayə qovşağında maraqlıdır:

"Ümumiyyətlə, türk dövlətləri ilə qarşılıqlı uğurlu sərmayənin həyata keçirilməsi Azərbaycan üçün xarici iqtisadi siyasətdə prioritet məsələlərdəndir. Xüsusən nəzərə alsaq ki, Azərbaycan-Özbəkistan arasında münasibətlərin inkişafı müşahidə olunur".

Onun sözlərinə görə, Azərbaycan investorları üçün Özbəkistan iqtisadiyyatına daha çox sərmayənin yönəldilməsinə imkanlar yaradılır:

"Sözsüz ki, qarşılıqlı səfərlər investisiya qoyuluşlarının genişləndirilməsinə şərait yaradacaq. Bu baxımdan növbəti mərhələdə ölkələr arasında sərmayə qoyuluşunun artmasını və sərmayə portfelinin genişlənməsini müşahidə edəcəyik".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью