“Azərbaycan və Özbəkistan arasında sərmayə əməkdaşlığı genişlənir” Deputat
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
"Özbəkistanda son illər keçirilən islahatlar ölkəni regionda aparıcı ölkələrdən birinə çevirib".
Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov bildirdi.
Deputat qeyd etdi ki, Azərbaycan Özbəkistanla qarşılıqlı sərmayə qovşağında maraqlıdır:
"Ümumiyyətlə, türk dövlətləri ilə qarşılıqlı uğurlu sərmayənin həyata keçirilməsi Azərbaycan üçün xarici iqtisadi siyasətdə prioritet məsələlərdəndir. Xüsusən nəzərə alsaq ki, Azərbaycan-Özbəkistan arasında münasibətlərin inkişafı müşahidə olunur".
Onun sözlərinə görə, Azərbaycan investorları üçün Özbəkistan iqtisadiyyatına daha çox sərmayənin yönəldilməsinə imkanlar yaradılır:
"Sözsüz ki, qarşılıqlı səfərlər investisiya qoyuluşlarının genişləndirilməsinə şərait yaradacaq. Bu baxımdan növbəti mərhələdə ölkələr arasında sərmayə qoyuluşunun artmasını və sərmayə portfelinin genişlənməsini müşahidə edəcəyik".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 03 İyul 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















