Azərbaycan və Pakistan dövlətləri qətiyyətli siyasi iradə nümayiş etdirir | Icma.az
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Azərbaycan və Pakistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfəri və səfər zamanı aparılan müzakirələr, imzalanan sənədlər bu faktı təsdiqləyir”.Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, iki ölkənin əlaqələri birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub.
Münasibətlərimizin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var.
Prezident İlham Əliyevlə Baş nazir Məhəmməd Şahbaz Şərifin görüşündə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib.
Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə torpaqlarımız 30 il ərzində işğal altında olduğu dövrdə Pakistanın ölkəmizə siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirilir.
Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı qeyd etdiyi kimi, iki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik: “Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik”.
Tam oxu
Xəbəri oxu