Icma.az
close
up
RU
Azərbaycan və Pakistan dövlətləri qətiyyətli siyasi iradə nümayiş etdirir

Azərbaycan və Pakistan dövlətləri qətiyyətli siyasi iradə nümayiş etdirir

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan və Pakistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfəri və səfər zamanı aparılan müzakirələr, imzalanan sənədlər bu faktı təsdiqləyir”.Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, iki ölkənin əlaqələri birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Münasibətlərimizin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var. Prezident İlham Əliyevlə Baş nazir Məhəmməd Şahbaz Şərifin görüşündə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə torpaqlarımız 30 il ərzində işğal altında olduğu dövrdə Pakistanın ölkəmizə siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirilir.
Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı qeyd etdiyi kimi, iki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik: “Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik”. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə ölkəsində Azərbaycana xüsusi rəğbət bəslənildiyini diqqətə çatdırıb. O, ikitərəfli münasibətlərin dərinləşməsinə Azərbaycan Prezidentini xüsusi töhfə verməsindən məmnunluğunu ifadə edib. Təqdirəlayiq haldır ki, Pakistan hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib. Bu dövlət işğalçı siyasətinə görə Ermənistanla heç bir diplomatik münasibət qurmayıb. 44 günlük Vətən müharibəsində də Pakistan birmənalı olaraq Azərbaycanın haqq işini dəstəklədiyini bəyan edib. Eləcə də Kəşmir məsələsində Azərbaycan Pakistanın haqlı mövqeyini dəstəkləyir.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanla Pakistan arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir: “Onların sırasında ticarət, sərmayə və enerji məsələsi diqqət mərkəzindədir. Eyni zamanda, müdafiə sənayesi sahəsində əməkdaşlıq da perspektivlidir. Bütün bunlar bir daha münasibətlərimizin uğurla inkişaf etməsinin göstəricisidir. Səfər zamanı imzalanmış dövlətlərarası sənədlər isə əlaqələrimizi daha da gücləndirəcək.
Sevinc Fətəliyeva qeyd edib ki, ölkələrimiz arasında bu cür möhkəm münasibətlərin əsasını ortaq tarix, mədəni və dini dəyərlər təşkil edir: “Uzun illərdir ki, Pakistan hökuməti rəsmi Bakının mövqeyini ardıcıl və prinsipial şəkildə müdafiə edir, beynəlxalq arenada Azərbaycanın maraqlarını dəstəkləyən ölkələr sırasında yer alır. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlar çərçivəsində bir-birini dəstəkləməkdə davam edir. Ötən ilin sonunda Azərbaycan Pakistanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) ailəsinə qoşularaq, bu qurum çərçivəsində iqtisadi əlaqələrini daha da genişləndirmək imkanı əldə edib. Azərbaycanın D-8-ə üzvlüyü Pakistan da daxil olmaqla, digər üzv ölkələrlə ticarət, investisiya və iqtisadi əməkdaşlıq sahələrində yeni perspektivlər açıb. Azərbaycan-Pakistan münasibətləri, sadəcə, iki dövlət arasında strateji tərəfdaşlıqla məhdudlaşmır, bu, eyni zamanda, qardaşlıq və qarşılıqlı etimada əsaslanan bir dostluq modelidir. Proseslər göstərir ki, gələcəkdə bu münasibətlərin daha da dərinləşməsi və müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanlarının perspektivləri çox böyükdür”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Fevral 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri