Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir. Moskva “Aktau qəzası”nın “sirr pərdəsi”nin açılmasından niyə qorxur?
AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasından sonra Rusiya ilə münasibətlər gərginləşmə istiqamətində inkiaf etməkdədir.
Ukrayna ilə savaş gedərkən Moskva nisbi sakitlik fonunu saxlamağa cəhd edirır. Əslində isə Kreml içindən qaynayır.
Çünki bir vaxtlar zorən tərkibinə qatdığı, SSRİ-nin məzarlığından müstəqil dövlət kimi ayağa qalxan keçmiş subyektləri ilə bərabər müstəvidə münasibətlər qurmağı həzm edə bilmir.
Moskva keçmiş 15 subyektinə özünün “şovinist eynəyi”ndən baxmağa davam edir.
Kremlin dövlətlərarası müstəvidə qəbuledilməz olan, digərlərinə qarşı özünü saymamazlıqda büruzə verən ikrah doğuran mahiyyəti, başqalarına yuxarıdan aşağı baxmaq maniyası, güc dilində danışmaq şakəri Prezident Əliyevin ifşaedici çıxışlarında tarixi keçmişdən gələn faktları sadalaması zamanı da dəfələrlə ortaya çıxır.
Bu sadalalan faktlar ardıcıllığını “Moskvanı ifşa” da adlandırmaq olar.
Prezidentin “Biz Zəngəzuru unutmamışıq” ifadəsinin, Zəngəzurun Azərbaycandan alınıb qondarma Ermənistana peşkəş edilməsinin müəllifinin keçmiş SSRİ olmasını xüsusi vurğulamasının, bu aktın Azərbaycan xalqına qarşı cinayət olmasının, bunun birinci və sonuncu cinayət olmamasının, ərazimzdə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının, ermənilərin çar Rusiyası tərəfindən ərazimizə köçürülməsinin, bundan əvvəl isə təhlükəsizlik zəmanəti verilmiş Qarabağ xanının öldürülməsinin və s.