Icma.az
close
up
RU
Azərbaycan və Rusiya arasında “soyuq savaş” TƏHLİL

Azərbaycan və Rusiya arasında “soyuq savaş” TƏHLİL

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Moskva “Aktau qəzası”nın “sirr pərdəsi”nin açılmasından niyə qorxur?

AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasından sonra Rusiya ilə münasibətlər gərginləşmə istiqamətində inkiaf etməkdədir. Ukrayna ilə savaş gedərkən Moskva nisbi sakitlik fonunu saxlamağa cəhd edirır. Əslində isə Kreml içindən qaynayır. Çünki bir vaxtlar zorən tərkibinə qatdığı, SSRİ-nin məzarlığından müstəqil dövlət kimi ayağa qalxan keçmiş subyektləri ilə bərabər müstəvidə münasibətlər qurmağı həzm edə bilmir.

Moskva keçmiş 15 subyektinə özünün “şovinist eynəyi”ndən baxmağa davam edir. Kremlin dövlətlərarası müstəvidə qəbuledilməz olan, digərlərinə qarşı özünü saymamazlıqda büruzə verən ikrah doğuran mahiyyəti, başqalarına yuxarıdan aşağı baxmaq maniyası, güc dilində danışmaq şakəri Prezident Əliyevin ifşaedici çıxışlarında tarixi keçmişdən gələn faktları sadalaması zamanı da dəfələrlə ortaya çıxır. Bu sadalalan faktlar ardıcıllığını “Moskvanı ifşa” da adlandırmaq olar. Prezidentin “Biz Zəngəzuru unutmamışıq” ifadəsinin, Zəngəzurun Azərbaycandan alınıb qondarma Ermənistana peşkəş edilməsinin müəllifinin keçmiş SSRİ olmasını xüsusi vurğulamasının, bu aktın Azərbaycan xalqına qarşı cinayət olmasının, bunun birinci və sonuncu cinayət olmamasının, ərazimzdə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının, ermənilərin çar Rusiyası tərəfindən ərazimizə köçürülməsinin, bundan əvvəl isə təhlükəsizlik zəmanəti verilmiş Qarabağ xanının öldürülməsinin və s. Kremlin üzünə çırpılaraq səsləndirilməsi onu göstərir ki, dövlət başçısı yenidən konturları cızılan siyasi şəkillənmədə mövqeyini bəlli edir. Yəni keçmiş keçmişdə qalsa da unudulmayıb, ondan gərəkli dərs çıxarılacaq. İndi isə keçək bəzi nünaslara ardıcıllıqla göz atılmasına.       

Bu səhərin diqqətçəkən xəbərləri içində Azərbaycanın Rusiya ilə həmsərhəd rayonlarında əməliyyatlar aparması oldu. Məlumatda bildirilir ki, Azərbaycanın Rusiya ilə həmsərhəd rayonlarının ərazisində “Sərhəd-sipər” kod adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirilir. Əməliyyatlar Azərbaycan və Rusiya Federasiyası daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən həyata keçirilir.

Həftə ərzində keçiriləcək əməliyyat tədbirləri ilə əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında müvafiq yerlərdə polis postları yaradılıb.

Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir. Fevralın 3-dən 10-dək kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriləcək. 

Məlumdur ki, Moskvanın “özünəməxsus” cavab tərzi var. Buna Kremlin rəsmi səviyyədə deyə bilmədiklərini media müstəvisində “izhar etmək”, yaxud digər metodlar – Rusiya səfirimiz Rəhman Mustafayevin Moskvadakı XİN-ə çağırılması və ona Azərbaycan mediasında Rusiya əleyhinə ab-havanın Kremlin ürəyincə olmamasının çatdırılması və s. aiddir.

Kremlin öz KİV-lərində səsləndirdiyi “ərköyün ədasıyla üzr gözləntiləri”nə gəlincə, bunun cavabı Azərbaycan mediası vasitəsilə gərəkli şəkildə verildi. Səfirimizin Rusiya XİN-ə çağırılmasına isə rus səfiri Mixail Yevdokimovun Azərbaycan XİN-ə çağırılması ilə qarşılıq verildi. Eləcə də rus mediasında rəsmi Bakı əleyhinə ürəkbulandıran yazıların getməsi iradı “Kremlə cavab” silsiləsindən əks-cavab kimi yerinə düşdü. Bakıdakı “rus evi” medianın diliylə özünün əsl mahiyyətinin ifşası kimi “rus kəşfiyyat evi” adlandrıldı. 

Yuxarıda deyildiyi kimi, Prezident Kremlə mesaj qəbilindən bir neçə gün əvvəl “Biz Zəngəzuru unutmamışıq” açıqlamsını verdi. Bu, öz yerində. Bəs Moskva Azərbaycana qarşı öz media məkanında apardığı qarayaxma kampaniyasında nəyə ümid edirdi? Azərbaycanın xoflanıb geri çəkiləcəyinə? Yoxsa müqavimətdən vaz keçib durumla barışacağına?

Moskva hesab edirdi ki, Aktau qəzası zamanla unudulacaq, gündəmdən çıxacaq. Amma belə olmadı.

Burada bir haşiyə çıxıb, Bakının Moskvaya cavabları silsiləsindən daha bir məqamı qeyd edə bilərik. Bu gün də daxil olmaqla, Həştərxan üzərində hava məkanının vaxtaşırı bağlanması ilə əlaqədar “Azərbaycan Hava Yolları” (AZAL) uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır. Aviaşirkətdən verilən məlumata görə, bu marşrut üzrə bilet alan sərnişinlər cərimə ödəmədən pulun tam qaytarılması və ya marşrutun dəyişdirilməsi üçün müraciət edə bilərlər.

Qeyd etdiyimiz kimi, rus mediasına bizim mediamızda verilən cavab və s.-dən sonra fevralın 3-də Azərbaycanın Rusiya ilə sərhəd şimal rayonlarında əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirildi. Məlumdur ki, ölkəmizi içəridən silkələmək və çaxnaşma salmaq üçün Rusiyanın xüsusi xidmət orqanlarının idarə etdiyi “Sadval”, “Meşə qardaşları” adlı separatçı layihələr illərdir ki, mövcuddur. Maraqlıdır, Bakının Aktau qəzasına görə vurulan maddi və mənəvi zərərin etirafının yer aldığı yetərli üzrxahlıq ifadəsi səslənmir, günahkar tərəfin qəza qurbanlarına dəymiş ziyanın ödənilməsi tələbi eşitməməzliyə vurulur, bu bəs deyilmiş kimi, terrorçu-təxribatçı qruplaşmanın ünsürləri hansısa qüvvənin işarəsi ilə qımıldanmağa başlayır. Bu o vaxt baş verir ki, “Embraer 190” təyyarəsinin son anlarının qara qutunun yaddaşına həkk edilənlər nəhayət ictimai şəkildə açıqlanacaq. Nəhayət ki, Azərbaycan tərəfinin qəzaya dair narazılıqları hüquq müstəvisində əksini tapmalı, günahkar tərəf haqqıyla səhlənkarlıqdan, məsuliyyətsizlikdən, yaxud qəsdən törədilən terror aktına görə cavab verməli olacaq. Belə anlaşılır ki, müqəssir tərəf məsuliyyətdən qaçmaq üçün əks-hücuma “stavka edir”, yəni rəsmi Bakını susdurmaq, Aktau qəzasına görə bizi Rusiyanın üstünə getməkdən daşındırmaq üçün şimal rayonlarımızda köstəbək yuvalarındakı kimi torpaq altında gizlənmiş hüceyrələrinə “özlərini göstərmək” komandası verir. Görünür, mahiyyəti şovinizm olan Moskvadan sağlam düşüncə gözləmək əbəsdir. İmperiya nostalgiyası ilə yaşayan, şovinist mahiyyətindən arına bilməyən şimal qonşumuzun şovinist ritorikası ilə danışacağı hər zaman gözləniləndir, nə qədər ki, o layiqli taleyinə qovuşmayıb. 

Digər bir nüans – Kreml Azərbaycanda təxribat üçün münbit şəraiti necə əldə edir? Axı Azərbaycan onu təşkil edən, zənginləşdirən etnik rəngarəngliyi ilə dünyaya nümunə olan nadir tolerant ölkələrdəndir. Necə olur ki, ölkəmizdə Rusiyanın və ya digər kənar qüvvənin işarəsi ilə hərəkətlənən təxribatçı hüceyrələr meydana gələ, yetişə bilir? Bunun səbəbi xaricdən müdaxilədir, ya ölkədaxili məsələlərdən qaynaqlanır? Əgər nəzərə alsaq ki, bu gün əməliyyatda məhv edilən şəxslər bizim vətəndaşlardır və onların bağlı olduğu mühit, ailə və ətraf var, bu həssas məqamlar üzərində düşünməyə dəyər. Xaricə ölkənin toruna düşən və bizim olan vətəndaş bu addımı atmamışdan əvvəl məsələnin qarşısını almaqdan ötrü tədbirlər görmək olmazdımı? Moskva illər öncə Azərbaycanda çaxnaşma, milli-etnik zəmində qarşıdurma yaratmağa hesablanmış “Sadval” layihəsi yaratmışdı. Bu metod Kremlə istənilən vaxt ölkələrin içindəki rıçaqları vasitəsilə daxili fonu qarışdırmaq, cəmiyyəti qarşıdurmaya sürükləmək, həmin dövlətlərin zəif damarını basmaq, onların inkişafına imkan verməmək şansı verirdi. Məqsədi təxribat olan belə təşkilatlar hər nə qədər kənardan idarə olunsalar da, onların ölkə içindəki bazası sıravi vətəndaşlar olur. Müdaxiləçi ölkə isə, necə ki, hazırda bu qüvvə Moskvanın simasında təmsil olunur, hər iki halda içini qarışdırdığı ölkənin daxili çalxalamağa nail olur. Məsələn, qarşıdurma baş tutduğu təqdirdə təxribatçı ölkəni çalxalayır. Amma qarşıdurmanın baş tutmadığı təqdirdə də müdaxiləçi ölkə vətəndaşla dövlətin arasında “yarğan” açır, vətəndaşı dövlətdən narazı salır.

Müdaxiləçi ölkə nümunəsini İranın simasında da görə bilərik – həm molla rejiminin dini təsirinə düşənlərlə, həm Tehranın ölkə daxilində formalaşdırdığı cinayətkar narkotik şəbəkəsinin, bu şəbəkənin bədbəxt edib ölümə sürüklədiyi insanlarımızın timsalında...   

Qayıdaq mövzuya. Bakı ilə Moskvanın münasibətlərinin tənəzzül yaşadığı hazırkı dönəmdə ABŞ-a göz atmağa dəyər. Hansı ki, Qərb cinahının bayraqdarı ABŞ-dır və indi Ağ Ev prezident Donlad Trampın ixtiyarındadır. Xatırladaq ki, 44 günlük Qarabağ müharibəsində o getmək üzrə idi və rəsmi Bakı bu müharibəni Qərbin “səssiz razılığı” fonunda apardı, qələbə qazandı. Bu da sirr deyil ki, rəsmi Bakı ilə Prezident Trampın münasibətləri hamar və rəvan idi. Bakının 44 günlük müharibəsinə, məsələn, Parisdən fərqli olaraq Vaşinqtondan “susqun razılıq” bundan irəli gəlirdi. Aydındır ki, dünyanın nüfuz dairələrinə yenidən bölünməsi gedərkən Qərb, xüsusilə də Vaşinqton Rusiyanın keçmiş nüfuz dairəsini onun diqtəsində görmək istəmir. Moskvanın Ukrayna bataqlığında ilişib-qaldığı anda keçmiş post-sovet məkanının subyektləri hələ ki, rahat nəfəs ala bilirlər. Bəs bu nə qədər davam edəcək?

Bu sualın cavab proseslərin axarından asılıdır. Amma hazırda belə anlaşılır ki, ABŞ Ukraynaya yardımı Avropanın öhdəsinə qoyub. Vaşiqnton diqqətini iqtisadi rəqabətə davam gətirməkdə çətinlik çəkdiyi Çinin üzərinə yönəldir. Böyük ehtimalla Putinlə gözlənilən görüş gedişatında Rusiyanın Çinə qarşı ABŞ-a hansı məsafədə duracağı, hansı nöqtədə yer alacağı, bu fonda Rusiyanın keçmiş post-sovet məkanında hansı səviyyədə qalmaq istədiyi əsas mövzu olacaq.

Vaşinqton onu da nəzərə almalıdır ki, Trampın Çinə qarşı mövqe alacağı təqdirdə Rusiyaya güzəşti, ona qismən yumşaq davaranacağı versiyası ölkələri Pekinə yaxınlaşdıracaq. Necə ki, üç il əvvəl - 2022-ci ilin 20 yanvarında rus qoşunları Qazaxıstana müdaxilə etdi və tez də qovuldu. Çinin “qırımı” ilə üz-üzə qalan Moskva Qazaxıstandan necə geri çəkildisə, bu dəfə də Vaşinqton ölkələrin üzünü Pekinə çevirməsi ilə qarşılaşa bilər.

Ülviyyə ŞÜKÜROVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Fevral 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri