Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Azərbaycanla Rusiya arasında münasibətlər mütləq şəkildə yaxşılaşacaq və bu, həm də zəruridir.
Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələr də genişlənəcək və bu proses artıq davam edir”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib: “Bu, həm bizim, həm də Rusiya üçün strateji əhəmiyyət kəsb edir.
Strateji əməkdaşlığın inkişafı hər iki tərəfə lazımdır, lakin bu gün Rusiya bu münasibətlərin yaxşılaşmasından daha çox fayda görən tərəf ola bilər.
Çünki Rusiya sanksiyalar altındadır və logistik, nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi onlar üçün xüsusi önəm daşıyır.” Deputat Şimal-Cənub nəqliyyat dəhlizinə də toxunub: “Azərbaycan bu dəhlizin işləməsi üçün öz tərəfdən işləri görüb, artıq İran tərəfindən işlərin görülməsi gözlənilir.
Rusiya da İrana müəyyən kredit ayırıb ki, dəmir yolu çəkilsin.
Rusiya üçün vacibdir ki, bu dəhliz vasitəsilə Fars körfəzinə və Hind okeanına çıxış təmin olunsun.