Azərbaycan və Rusiya arasındakı münasibətləri yaxşılaşacaqmı? DEPUTAT ŞƏRH ETDİ
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Azərbaycanla Rusiya arasında münasibətlər mütləq şəkildə yaxşılaşacaq və bu, həm də zəruridir. Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələr də genişlənəcək və bu proses artıq davam edir”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib:
“Bu, həm bizim, həm də Rusiya üçün strateji əhəmiyyət kəsb edir. Strateji əməkdaşlığın inkişafı hər iki tərəfə lazımdır, lakin bu gün Rusiya bu münasibətlərin yaxşılaşmasından daha çox fayda görən tərəf ola bilər. Çünki Rusiya sanksiyalar altındadır və logistik, nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi onlar üçün xüsusi önəm daşıyır.”
Deputat Şimal-Cənub nəqliyyat dəhlizinə də toxunub:
“Azərbaycan bu dəhlizin işləməsi üçün öz tərəfdən işləri görüb, artıq İran tərəfindən işlərin görülməsi gözlənilir. Rusiya da İrana müəyyən kredit ayırıb ki, dəmir yolu çəkilsin. Rusiya üçün vacibdir ki, bu dəhliz vasitəsilə Fars körfəzinə və Hind okeanına çıxış təmin olunsun. Ona görə də Rusiya bu münasibətlərin kəsilməsində maraqlı deyil. Azərbaycan olmasa, Rusiya bir çox çıxışlarını itirə bilər”.
Deputat həmçinin Rusiya tərəfindən Azərbaycan təyyarəsinə görə üzr və kompensasiya məsələsinə də toxunub:
“Rusiya hər dəfə bildirir ki, araşdırmalar hələ davam edir. Bir gün Rusiya elan edəcək ki, analiz və istintaq sona çatıb, və nəticədə məlum olub ki, Azərbaycan təyyarəsi səhvən vurulub.
Bu zaman Rusiya Azərbaycan xalqından üzr istəyəcək və beynəlxalq qanunlara uyğun olaraq həm təyyarəyə, həm də zərər çəkmiş şəxslərə kompensasiya ödəniləcək”.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 04 Sentyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















