Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi ticarət əlaqələrinin inkişaf etdirilməsi…
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir. Xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçi
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Görüşdə Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüş zamanı tərəflər iki ölkə arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yüksəksəviyyəli səfərlərin, davamlı siyasi dialoqun və aidiyyəti qurumlararası təmasların intensivləşdirilməsinin yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsi və əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi baxımından önəmli olduğunu vurğulayıblar.
Nazirlər Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin enerji, turizm və digər sahələrində inkişaf etdirilməsi üçün imkanların mövcudluğuna toxunublar.
Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgəmizdə vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfə məlumat verib.
Görüşdə tərəflər, həmçinin iki ölkə arasında qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu