Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi ticarət əlaqələrinin inkişaf etdirilməsi müzakirə edilib
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Şimali Makedoniyanın xarici işlər naziri Timko Muçunski ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Görüşdə Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüş zamanı tərəflər iki ölkə arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yüksəksəviyyəli səfərlərin, davamlı siyasi dialoqun və aidiyyəti qurumlararası təmasların intensivləşdirilməsinin yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsi və əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi baxımından önəmli olduğunu vurğulayıblar.
Nazirlər Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin enerji, turizm və digər sahələrində inkişaf etdirilməsi üçün imkanların mövcudluğuna toxunublar.
Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgəmizdə vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfə məlumat verib.
Görüşdə tərəflər, həmçinin iki ölkə arasında qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 15 Fevral 2025 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















