Azərbaycan Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim edilib | Icma.az
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 26 may, Mikayıl Məmmədov, AZƏRTAC Azərbaycan Milli Xalça Muzeyində “Zamanın ilmələri” adlı layihənin təqdimatı olub.AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və HüsnART Müstəqil Bədii Birliyinin təşkilatçılığı ilə reallaşıb.
Layihə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.Tədbir çərçivəsində Xalq rəssamı, görkəmli qrafika ustası, professor Arif Hüseynovun fərdi sərgisi açılıb.
Ekspozisiyada 2024–2025-ci illərdə yaradılmış və xalçanın yaranma mərhələlərini ardıcıllıqla əks etdirən əsərlər nümayiş etdirilib.
Qarışıq texnikada kətan üzərində işlənmiş 20-dən artıq qrafik əsər müəllifin xalçaçılığa, milli adət-ənənələrə olan sevgisini əks etdirir və maraqlı süjet xəttində birləşir.Tədbirin açılışında Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova çıxış edərək sərginin təşkili barədə danışıb və onun maarifləndirici xarakter daşıdığını vurğulayıb.
Ardınca süni intellekt vasitəsilə hazırlanmış qısa videoçarx təqdim olunub.Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva çıxışında Arif Hüseynovun yaradıcılığının çoxşaxəliliyini qeyd edib, layihə münasibətilə təbriklərini çatdıraraq uğurlar arzulayıb.Azərbaycan Rəssamlar İttifaqı sədr müavini, Xalq rəssamı, professor Ağəli İbrahimov bildirib ki, Arif Hüseynovun əsərləri zamanla xalqın kollektiv yaddaşının bir hissəsinə çevriləcək.Tanınmış siyasətçi və dövlət xadimi Həsən Həsənov da çıxış edərək rəssamı sərgi münasibətilə təbrik edib və onun yaradıcılığında yenilik ruhunu daima duyduğunu vurğulayıb.“Azad Azərbaycan” Teleradio şirkətinin Bədii Şurasının sədri Etibar Babayev və Xalq yazıçısı Natiq Rəsulzadə isə rəssamın hər bir sərgisində yüksək sənətkarlıq nümayiş etdirdiyini bildiriblər: “Hər sərgidə Arif bizi təəccübləndirir.
Mövzular dəyişsə də, yaradıcılıq səviyyəsi daim yüksək olaraq qalır”.Daha sonra çıxış edən xalq rəssamı Arif Hüseynov bu sərgini özünün ən vacib layihələrindən biri kimi dəyərləndirib: “Bu gün mənim ən yaxşı sərgimdir”.Tədbir çərçivəsində mədəni proqram da təqdim olunub.
3 saylı Uşaq və Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri “Zaman xətləri” layihəsinə xüsusi olaraq hazırlanmış rəqs kompozisiyası ilə çıxış ediblər.
Tam oxu
Xəbəri oxu