Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Azərbaycan Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim edilib

Azərbaycan Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim edilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 26 may, Mikayıl Məmmədov, AZƏRTAC

Azərbaycan Milli Xalça Muzeyində “Zamanın ilmələri” adlı layihənin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və HüsnART Müstəqil Bədii Birliyinin təşkilatçılığı ilə reallaşıb. Layihə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

Tədbir çərçivəsində Xalq rəssamı, görkəmli qrafika ustası, professor Arif Hüseynovun fərdi sərgisi açılıb. Ekspozisiyada 2024–2025-ci illərdə yaradılmış və xalçanın yaranma mərhələlərini ardıcıllıqla əks etdirən əsərlər nümayiş etdirilib. Qarışıq texnikada kətan üzərində işlənmiş 20-dən artıq qrafik əsər müəllifin xalçaçılığa, milli adət-ənənələrə olan sevgisini əks etdirir və maraqlı süjet xəttində birləşir.

Tədbirin açılışında Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova çıxış edərək sərginin təşkili barədə danışıb və onun maarifləndirici xarakter daşıdığını vurğulayıb. Ardınca süni intellekt vasitəsilə hazırlanmış qısa videoçarx təqdim olunub.

Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva çıxışında Arif Hüseynovun yaradıcılığının çoxşaxəliliyini qeyd edib, layihə münasibətilə təbriklərini çatdıraraq uğurlar arzulayıb.

Azərbaycan Rəssamlar İttifaqı sədr müavini, Xalq rəssamı, professor Ağəli İbrahimov bildirib ki, Arif Hüseynovun əsərləri zamanla xalqın kollektiv yaddaşının bir hissəsinə çevriləcək.

Tanınmış siyasətçi və dövlət xadimi Həsən Həsənov da çıxış edərək rəssamı sərgi münasibətilə təbrik edib və onun yaradıcılığında yenilik ruhunu daima duyduğunu vurğulayıb.

“Azad Azərbaycan” Teleradio şirkətinin Bədii Şurasının sədri Etibar Babayev və Xalq yazıçısı Natiq Rəsulzadə isə rəssamın hər bir sərgisində yüksək sənətkarlıq nümayiş etdirdiyini bildiriblər: “Hər sərgidə Arif bizi təəccübləndirir. Mövzular dəyişsə də, yaradıcılıq səviyyəsi daim yüksək olaraq qalır”.

Daha sonra çıxış edən xalq rəssamı Arif Hüseynov bu sərgini özünün ən vacib layihələrindən biri kimi dəyərləndirib: “Bu gün mənim ən yaxşı sərgimdir”.

Tədbir çərçivəsində mədəni proqram da təqdim olunub. 3 saylı Uşaq və Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri “Zaman xətləri” layihəsinə xüsusi olaraq hazırlanmış rəqs kompozisiyası ilə çıxış ediblər. İlk dəfə təqdim olunan bu rəqs tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qonaqlar sərgi ilə tanış olduqdan sonra əsərlərin süni intellekt vasitəsilə canlandırıldığı və süjet xəttinə uyğun videoçarx formasında təqdim edildiyi ekspozisiyanı izləyiblər.

Bundan əlavə, uşaqların xalçanın yaranma mərhələləri ilə tanışlığı və milli irsə marağının artırılması məqsədilə muzeyin Uşaq şöbəsi “Xalça necə yaranır?” adlı yeni ustad dərs təşkil edib. Dərs zamanı uşaqlar qoyunun qırxılması, yun daranması və ip əyrilməsi, həmçinin xalça toxunuşu proseslərinin şahidi və iştirakçısı olublar.

AZƏRTAC-a müsahibəsində Arif Hüseynov təəssüratlarını bölüşüb: “Bu gün xalçaçılıq prosesinə həsr olunmuş növbəti fərdi sərgim baş tutur. Bu, çox maraqlı və dərin məzmunlu prosesdir. İlk növbədə sərgi gənclər üçün nəzərdə tutulub, çünki vacibdir ki, onlar öz mədəniyyətlərini tanısın və qiymətləndirsinlər. Açılışın yüksək səviyyədə keçməsinə çox sevinirəm. Bir ay davam edəcək sərgiyə hər kəsi dəvət edirəm”.

Qeyd edək ki, sərgi və ustad dərsləri iyunun 26-dək davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 04:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see217

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see174

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see138

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri