Icma.az, Sonxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Azərbaycan xalqına qarşı ABŞ-ın ayrı-seçkiliyi eyni formada davam edir" - POLİTOLOQ "Bayden administrasiyası son illərədə dəfələrlə Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərdi.
Ancaq, rəsmi Bakının sərt reaksiyası Bayden administrasiyasını ehtiyatlı davranmaq məcburiyyətində buraxdı.
Bununla belə, ABŞ Avropa Birliyi və Fransa ilə ortaq şəkildə Azərbaycanın daxili işlərnə müdaxilə etmək niyyətindən tam əl çəkməyib və bunu mütəmadi şəkildə davam etdirir.
Rəsmi Bakının da müqaviməti eyni səviyyədə öz aktuallığını qoruyur". Bunu Sonxeber.az-a politoloq Elçin Xalidbəyli danışıb.
O, açıqlamasında qeyd edib ki, qərb siyasi dairələri üçün insan haqları, sadəcə bəzi dövlətlərə qarşı istifadə etdikləri təzyiq mexanizmindən başqa bir şey deyil: "Azərbaycan xalqına qarşı ABŞ-ın ayrı-seçkiliyi eyni formada davam edir.
Çünki, nə qədər qəribə olsa da Bayden administrasiyası Azərbaycandan könüllü şəkildə Ermənistana getmiş ermənilərin geridönüşü ilə bağlı məsələləri gündəmə gətirir.
Ancaq, 30 il öncə Ermənistandan zorakılıqla bütün hüquq və azadlıqları beynəlxalq hüquq normalarının kobud şəkildə pozulub və qovulmuş azərbaycanlıların hüquqları barədə Bayden administrasiyası israrla susur.