Icma.az
close
up
RU
Azərbaycan xalqına qarşı ABŞın ayrıseçkiliyi eyni formada davam edir POLİTOLOQ

Azərbaycan xalqına qarşı ABŞın ayrıseçkiliyi eyni formada davam edir POLİTOLOQ

Icma.az, Sonxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan xalqına qarşı ABŞ-ın ayrı-seçkiliyi eyni formada davam edir" - POLİTOLOQ

"Bayden administrasiyası son illərədə dəfələrlə Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərdi. Ancaq, rəsmi Bakının sərt reaksiyası Bayden administrasiyasını ehtiyatlı davranmaq məcburiyyətində buraxdı. Bununla belə, ABŞ Avropa Birliyi və Fransa ilə ortaq şəkildə Azərbaycanın daxili işlərnə müdaxilə etmək niyyətindən tam əl çəkməyib və bunu mütəmadi şəkildə davam etdirir. Rəsmi Bakının da müqaviməti eyni səviyyədə öz aktuallığını qoruyur".

Bunu Sonxeber.az-a politoloq Elçin Xalidbəyli danışıb.

O, açıqlamasında qeyd edib ki, qərb siyasi dairələri üçün insan haqları, sadəcə bəzi dövlətlərə qarşı istifadə etdikləri təzyiq mexanizmindən başqa bir şey deyil:

"Azərbaycan xalqına qarşı ABŞ-ın ayrı-seçkiliyi eyni formada davam edir. Çünki, nə qədər qəribə olsa da Bayden administrasiyası Azərbaycandan könüllü şəkildə Ermənistana getmiş ermənilərin geridönüşü ilə bağlı məsələləri gündəmə gətirir. Ancaq, 30 il öncə Ermənistandan zorakılıqla bütün hüquq və azadlıqları beynəlxalq hüquq normalarının kobud şəkildə pozulub və qovulmuş azərbaycanlıların hüquqları barədə Bayden administrasiyası israrla susur. Halbuki, Azərbaycandan könüllü getmiş ermənilərdən fərqli olaraq, azərbaycanlılar Ermənistandan zorakılıqla qovulub və onların mülkiyyət hüquqları, dədə-baba mülklərində yaşamaq hakları pozulmuşdur.
Bayden administrasiyası ümumiyyətlə, qərb siyasi dairələri üçün insan haqları, sadəcə bəzi dövlətlərə qarşı istifadə etdikləri təzyiq mexanizmindən başqa bir şey deyil. ABŞ və Avropa Birliyi qərbin maraqlarına uyğun davranmayan, onların təlimatları ilə fəaliyyət göstərmək istəməyən müstəqil xarici siyasət yürüdən dövlətlərə qarşı, adətən insan hüquqları ittihamlarından istifadə edir. Süni şəkildə, uydurma motivlərlə belə dövlətləri təqsirləndirir. Amma, ümumilikdə, ABŞ və Avropa Birliyinin də insan haqlarının pozulmasında ittiham etdiyi dövlətlərdən daha çox özlərində belə hallar yaşanır. Bunun da onlarla, yüzlərlə nümunəsi mövcuddur. ABŞ polisinin qaradərili Amerika vətəndaşlarına qarşı zorakılıq əməlləri, onların hüquqlarını tapdalaması orada insan hüquqlarının necə kobud şəkildə pozulmasının bariz örnəyidir. Eyni, hadisələrə Avropa Birliyi məkanında da rast gəlmək mümkündür. Xüsusilə də Fransa və digər Avropa Birliyi ölkələrində sərbəst toplaşma hüququ ciddi şəkildə məhdudlaşdırılıb, insanların öz fikirlərini ifadə etməsinə əngəllər törədilir. Bu da bəzi hallarda Avropa ölkələri, əsasən də Fransa polisi sərbəst toplaşan, kütləvi etiraz aksiyaları keçirən vətəndaşlarına qarşı zorakılıq tətbiq edirlər. Yəni,bütün bunlar onu göstərir ki, ABŞ və Avropa Birliyi və qərb siyasi dairələri üçün də insan haqları mövzusu, sadəcə, müstəqil xarici siyasət yürütmək qərarında israrlı olan dövlətlərə qarşı təzyiq mexanizmi rolunu oynayır".

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 19 Dekabr 2024 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri