Azərbaycan XXI Ankara Kitab SərgiYarmarkasının fəxri qonağı seçilib | Icma.az
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Türkiyənin paytaxtında XXIAnkara Kitab Sərgi-Yarmarkası açılıb.
“Report”un Ankara bürosunun məlumatına görə, Azərbaycan dekabrın 8-dək davam edəcək beynəlxalq yarmarkanın fəxri qonağı seçilib.
Sərgidə təqdim edilən Azərbaycan stendində ziyarətçilərə ölkənin tarixi, mədəniyyəti və oxucuların diqqətini çəkən digər mövzularla bağlı nəşrlər tədim edilir.
Azərbaycan Mədəniyyət Nazirliyi və respublikanın Ankaradakı səfirliyinin yanında Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan sərgidə Azərbaycanın aparıcı nəşriyyatlarının istehsalı olan kitablar sərgilənir.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, ssenarist, rejissor, aparıcı Rafiq Həşimov “Report”un Ankara bürosuna bildirib ki, Ankara Kitab Sərgisində rəhbərlik etdiyi layihənin kitabları təqdim olunur və nəşrləri ziyarətə gələn kitabsevərlərin diqqətini çəkir: "15 ildir həyata keçirilən layihəmizin məqsədi Azərbaycanın mədəniyyət, incəsənət xadimlərinin, rəssam, şair və yazıçıların əsərlərini bir neçə dünya dilinə tərcümə edib dünya kitabxanalarına, xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarımıza, eyni zamanda xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən səfirliklərinə, mədəniyyət mərkəzlərinə və digər kitabsevərlərə hədiyyə etməkdir.
Bu sərgidə də Azərbaycan, rus və ingilis dillərində nəşirlərimiz yer alır. Stendimiz çox böyük oxucu marağına səbəb olur.
Buna görə qürurluyuq və Azərbaycanı təbliğ etməkdən şərəf duyuruq”.
Sərginin təşkilat komitəsi tərəfindən Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov kitab sərgisinin “beynəlxalq fəxri qonağı” elan edilib.
Tam oxu
Xəbəri oxu