Icma.az
close
up
RU
Azərbaycan XXI Ankara Kitab SərgiYarmarkasının fəxri qonağı seçilib

Azərbaycan XXI Ankara Kitab SərgiYarmarkasının fəxri qonağı seçilib

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin paytaxtında XXIAnkara Kitab Sərgi-Yarmarkası açılıb.

“Report”un Ankara bürosunun məlumatına görə, Azərbaycan dekabrın 8-dək davam edəcək beynəlxalq yarmarkanın fəxri qonağı seçilib.

Sərgidə təqdim edilən Azərbaycan stendində ziyarətçilərə ölkənin tarixi, mədəniyyəti və oxucuların diqqətini çəkən digər mövzularla bağlı nəşrlər tədim edilir.

Azərbaycan Mədəniyyət Nazirliyi və respublikanın Ankaradakı səfirliyinin yanında Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan sərgidə Azərbaycanın aparıcı nəşriyyatlarının istehsalı olan kitablar sərgilənir.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, ssenarist, rejissor, aparıcı Rafiq Həşimov “Report”un Ankara bürosuna bildirib ki, Ankara Kitab Sərgisində rəhbərlik etdiyi layihənin kitabları təqdim olunur və nəşrləri ziyarətə gələn kitabsevərlərin diqqətini çəkir:

"15 ildir həyata keçirilən layihəmizin məqsədi Azərbaycanın mədəniyyət, incəsənət xadimlərinin, rəssam, şair və yazıçıların əsərlərini bir neçə dünya dilinə tərcümə edib dünya kitabxanalarına, xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarımıza, eyni zamanda xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən səfirliklərinə, mədəniyyət mərkəzlərinə və digər kitabsevərlərə hədiyyə etməkdir. Bu sərgidə də Azərbaycan, rus və ingilis dillərində nəşirlərimiz yer alır. Stendimiz çox böyük oxucu marağına səbəb olur. Buna görə qürurluyuq və Azərbaycanı təbliğ etməkdən şərəf duyuruq”.

Sərginin təşkilat komitəsi tərəfindən Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov kitab sərgisinin “beynəlxalq fəxri qonağı” elan edilib.

N.Cəfərov “Report”un əməkdaşına bildirib ki, Türk xalqlarının irsi çox zəngindir və bu sərgidə də ilk dəfə dünya poeziyasının tanınmış incisi Nizami Gəncəvinin “İsgəndərnamə” əsərinin türkcə nəşri də təmsil olunur və bu sevindirici haldır.

Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) Yayımları direktoru Əsəd Aslanoğlu isə deyib ki, Azərbaycanın sərgidə həm fəxri qonaq olması, həm də xüsusi stendinin təşkili iştirakçıların diqqətini çəkir:

“Burada bizim mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi əks etdirən bir çox ədəbi nümunələr var. Bu kimi tədbirlərin təşkili Azərbaycan mədəniyyətinin təbliğinə xidmət deməkdir”.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://report.az
archiveBu xəbər 01 Dekabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri