Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Ötən il BMT-nin Bakıda keçirilmiş COP29 konfransı bunun sübutu idi Təbiət zarafatı xoşlamır – o, həmişə dürüst, ciddi və sərtdir.
Və həmişə haqlıdır. Səhvlər, yanlışlıqlar isə hər dəfə insan əli ilə baş verir.
Müdriklər deyirlər ki, “ana dili”, “ana Vətən” və “anamız Yer kürəsi” ifadələri az qala dünyadakı bütün xalqların dilində var.
Yəni müqəddəs dəyərləri hamı sevir, yüksək dəyərləndirir. Ancaq, çox təəssüf ki, həmin dəyərlərin qorunması hamının əsas vəzifəsi kimi qəbul
Bu iradımız daha çox anamız Yer kürəsinə münasibətdə nəinki biganəlik, həm də amansızlıq, hətta düşmənçilik edənlərə aiddir.
Bu gün dünyanın istənilən ölkəsinin sakinləri həmin amansızlıqların şahididir.
Elə biz də… Şəxsən mən sovet neft sənayesinin Abşeronun və Xəzərin ekologiyasına vurduğu sarsıdıcı zərbələrin şahidiyəm.