Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Azərbaycan “yaşıl dünya” platformasına çevrilib

Azərbaycan “yaşıl dünya” platformasına çevrilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Ötən il BMT-nin Bakıda keçirilmiş COP29 konfransı bunun sübutu idi

Təbiət zarafatı xoşlamır – o, həmişə dürüst, ciddi və sərtdir. Və həmişə haqlıdır. Səhvlər, yanlışlıqlar isə hər dəfə insan əli ilə baş verir.

Müdriklər deyirlər ki, “ana dili”, “ana Vətən” və “anamız Yer kürəsi” ifadələri az qala dünyadakı bütün xalqların dilində var. Yəni müqəddəs dəyərləri hamı sevir, yüksək dəyərləndirir.

Ancaq, çox təəssüf ki, həmin dəyərlərin qorunması hamının əsas vəzifəsi kimi qəbul edilmir. Bu iradımız daha çox anamız Yer kürəsinə münasibətdə nəinki biganəlik, həm də amansızlıq, hətta düşmənçilik edənlərə aiddir.

Bu gün dünyanın istənilən ölkəsinin sakinləri həmin amansızlıqların şahididir. Elə biz də…

Şəxsən mən sovet neft sənayesinin Abşeronun və Xəzərin ekologiyasına vurduğu sarsıdıcı zərbələrin şahidiyəm. Yaxud, ölkəmizin ərazilərinin 20 faizi işğalçı Ermənistanın tapdağı altında qaldığı otuz ildə orada törədilmiş ekoloji vandallıqların tam aradan qaldırılması üçün indən belə on illər lazım olacaq. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərin tribunasından çıxış edərkən həmin vəhşilikləri “ekosid” adlandırmışdır. Cənab Prezident Bakının mərkəzindəki “Qara şəhər” ərazisi barədə danışarkən də o dəhşətli faktı Abşeronun ekobalansının pozulması adlandırmış, həmin yerlərin Cənubi Qafqazda analoqu olmayan “Ağ şəhər”ə çevrilməsini təmin etmişdir.

Dövlət başçımız xatırlatmışdır ki, görülən və görüləcək tədbirlər nəticəsində bir neçə ildən sonra görəcəyik ki, Azərbaycan vətəndaşlarının sağlamlığı daha da möhkəmlənib. Çünki insan sağlamlığına ən ciddi zərbə vuran amil ekoloji vəziyyətin lazımi səviyyədə olmamasıdır.

Yeri gəlmişkən, aprelin 22-si Beynəlxalq Yer Günüdür. Qeyd olunur ki, bu günün keçirilmə ənənələri XIX əsrin ortalarına təsadüf edir. Həmin dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton tərəfindən yaşıllaşdırma gününün keçirilməsi təklif olunub. 1882-ci il aprelin 22-də isə həmin tarix Nebraska ştatında rəsmi bayram günü kimi elan edilib və əvvəllər “Ağac Günü” kimi qeyd olunmağa başlayıb. 1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer Günü” adlandırılıb. Tədricən bu bayram beynəlxalq xarakter alıb və hazırda 150-dək ölkədə, o cümlədən Azərbaycanda da qeyd olunur.

Əslində, bizim ölkədə həyata keçirilən dövlət siyasəti həmin əlamətdar günün ilk adını daha çox doğruldur. Çünki həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev nəinki paytaxtımızın, həm də bütövlükdə respublikamızın hər yerində yeni parkların salınmasına, yaşıllıqların artırılmasına daim diqqət göstərib və buna nail olublar. Son 20 ildə elə bir il olmur ki, Prezident İlham Əliyev ən azı iki yeni parkın açılışında iştirak etməsin. Sevindirici haldır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyi də bu istiqamətdə olduqca dəyərli layihələrin icrasını təmin etmişdir.

Jurnalist kimi fəaliyyət göstərdiyimizə görə ekologiya mövzulu çox tədbirlərə şahidlik etmişik. Məsələn, yadımdadır ki, 2003-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən ekoloji siyasətin müasir strategiya sənədi olan “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişafa dair” Milli Proqram təsdiq edilmişdi. Bu strateji proqram əsasında ətraf mühitin müxtəlif sahələri üzrə 4 milli və dövlət proqram, kompleks tədbirlər planı təsdiq edilmiş və reallaşdırılmışdı.

Ekoloji siyasət cənab Prezident İlham Əliyevin də gündəlik fəaliyyətinin əsas istiqamətlərindən biridir, Məsələn, dövlət başçımızın imzaladığı 2 fevral 2021-ci il tarixli sərəncamla təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sənəddə növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetin reallaşdırılması nəzərdə tutulmuşdur. Onlardan biri də “Təmiz ətraf mühit və “Yaşıl artım” ölkəsi prioritetidir. Sənəddə qeyd edilir ki, bu prioritetin uğurla reallaşdırılması üçün yüksək keyfiyyətli ekoloji mühitin, yaşıl enerji məkanının yaradılmasının təmin edilməsi əsas məqsəd olmalıdır. Bu prioritetə görə, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlıı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Təbii ki, bütün bunlar son nəticədə anamız Yer kürəsinin hansısa yarasının sağalmasına xidmət edir.

… Bir neçə il qabaq rus alimlərinin mülahizələrinə əsasən qələmə alınmış bir publisistik yazıda oxumuşdum ki, bu gün beynəlxalq elm məkanında 250-yə qədər elm sahəsi bilavasitə insanın öyrənilməsinə xidmət edir. Son vaxtlar ən azı ildə bir yeni elm sahəsi yaranır ki, onun da tədqiqat sahəsi bilavasitə insanla bağlı olur. Bu elm sahələrinin əksəriyyətinin görkəmli mütəxəssisləri isə öz tədqiqatlarının son nəticəsində belə qərara gəlirlər ki, bütövlükdə, bəşəriyyətin və ayrılıqda hər bir fərdin həyatındakı əksər fəsadlar bilavasitə ekoloji tarazlığın pozulması ilə bağlıdır.

Bir məqamı da qeyd edək ki, 250-yə qədər elm sahəsi insanın öyrənilməsinə xidmət edirsə, bütövlükdə, bəşər elminin özü məhz insana xidmət edir (Təbii ki, kütləvi qırğın silahlarını yaradan elm sahələrindən başqa). İnsana xidmət edən ən yeni elmlərdən biri də məhz ekologiyadır. Ekoloqlar israr edirlər ki, insanın təbiətə vurduğu ziyanların törətdiyi təbii fəsadlar nə zamansa, hansısa şəkildə bərpa olunur. Ancaq həmin fəsadların bəşəriyyətdəki əks-sədaları ya heç zaman bərpa olunmur, ya da buna çoxlu vaxt və böyük vəsait sərf edilir. Bir sözlə, ekoloji tarazlığın qorunması məsələsi dünya alimlərindən daha çox beynəlxalq siyasətçiləri, xüsusən dövlət başçılarını narahat etməlidir.

Siyasətçi demişkən, son zamanlar planetin ən üzdə olan liderləri çəkinmədən deyirlər ki, III Dünya müharibəsi neft, qaz və ya hansısa təbii resurslar üzündən deyil, bilavasitə içməli su mənbələri səbəbindən baş verəcək. Dünya alimləri artıq on ildən çoxdur ki, bu problemin həlli yollarının tapılması üzərində baş sındırırlar. Ancaq həmin yollar hələ ki, tapılmır.

Bütün bunları nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev ötən il oktyabrın 10-da “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” adlı mühüm sənəd imzalamışdır. Sənəddə qeyd edilir ki, BMT-nin məlumatına görə, bu gün dünyada təxminən 2,2 milyard nəfər əhalinin təmiz içməli suya, 3,5 milyard nəfərin isə təhlükəsiz idarə olunan sanitariya xidmətlərinə çıxışı yoxdur. 2050-ci ilədək suya tələbatın, təxminən, 40 faizdən çox artacağı gözlənilir ki, bu da su qıtlığı problemini daha da kəskinləşdirə bilər. Cənubi Asiya, Yaxın Şərq və Böyük Səhradan cənubdakı Afrika da daxil olmaqla, əhalinin sürətli artımı və iqtisadi inkişaf olan regionlarda su problemi daha kəskin şəkildə durur.

Başqa bir mənbədə isə qeyd edilir ki, dünyadakı şirin suyun 69 faizi buz və qar formasındadır. Qlobal istiləşmə nəticəsində Himalay, And və Alp dağlarındakı buzlaqlar kimi mühüm şirin su mənbələri sürətlə əriyir, qar örtüyü isə azalır. Bu, uzunmüddətli dövrdə şirin su ehtiyatlarına çıxışa mənfi təsir göstərə bilər.

Ona görə də Yer Günü münasibəti ilə hər il dünyanın müxtəlif ölkələrindən alimlər qlobal ekoloji problemləri müzakirə etmək üçün “dəyirmi masa” ətrafında toplaşırlar. Müxtəlif ölkələrdə konkret mövzuya həsr olunmuş fərqli tədbirlər təşkil edilir. Bunlara konfranslar, sərgilər, böyük şəhərlərin gur küçələrində nəqliyyatın dayandırılması, ərazinin təmizlənməsi və ağacların əkilməsi daxildir.

Biz məmnunuq ki, Azərbaycan dövləti anamız Yer kürəsinin problemlərinin həlli istiqamətində olan bütün beynəlxalq konvensiyalara qoşulmuş, mütərəqqi təcrübəni mənimsəmiş və icrasına nail olmuşdur. Həmin ekoloji siyasətimizin pik nöqtəsini isə ötən il ölkəmizdə BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı ilə keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası oldu. O tədbirin müsbət nəticələri barədə dəfələrlə yazdığımıza görə təfərrüatlara varmaq istəmirik.

Ancaq bir faktı xatırlatmaq istəyirik ki, ötən il iyulun 8-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003–2023)” üçcildliyinin təqdimatı keçirilmişdi. Tədbirdə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladılmış, həmin sənədin ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması, təbii fəlakətlərdən müdafiəyə diqqətin artırılması baxımından əhəmiyyəti qeyd olunmuşdu.

Beynəlxalq ekspertlər yazırlar ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində “yaşıl enerji”, “yaşıl iqtisadiyyat”, “yaşıl artım”, “yaşıl texnologiyalar” və s. kimi anlayışlar təkcə söz və məfhum olaraq qalmır, Azərbaycan dövlətinin inkişaf strategiyasının reallıqlarını ifadə edir.

… Sonda hansısa hind müdrikinin söylədiyi bildirilən bir aforizmi yada salmaq istəyirik: “Təbiətin gücünü ölçə bilməyəndə insanlar təbiətə, ölçə biləndə isə təbiət insanlara tabe olur”.

Çox təəssüf ki, dünyanın bir çox yerlərində insanlar təbiətin gücünü ölçüb-biçməyə, dəyərləndirməyə maraq göstərmirlər. Üzləşdiyimiz çoxsaylı təbii fəlakətlər məhz həmin biganəliklərin, laqeydliyin, bir az da dəqiq desək, məsuliyyətsizliyin nəticəsidir.

Xüsusi günün mübarək, Anamız Yer kürəsi! Sənə vurduğu yaralara görə insan övladını bağışla.

İttifaq MİRZƏBƏYLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 07:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see192

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see185

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see176

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see175

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see172

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see163

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see151

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see141

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see140

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri