Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 26 noyabr, AZƏRTAC Azərbaycanın 12 gün ev sahibliyi etdiyi beynəlxalq iqlim konfransı - COP29 bir sıra yeniliklərlə yadda qaldı.
Bu mötəbər tədbiri ölkəmizdə yaşıl enerji infrastrukturunun yaradılması və inkişaf etdirilməsi, yeni texnologiyaların cəlb olunması istiqamətində də böyük uğur saymaq olar.
Düşünürəm ki, gələcəkdə Azərbaycan bu platformadan çıxış edərək yaşıl enerji texnologiyalarının digər ölkələrə sürətlə yayılmasına töhfə verə bilər.
Bu baxımdan COP29 Azərbaycana siyasi nüfuzla yanaşı, iqtisadi cəhətdən də böyük uğur gətirdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Şahmar Hacıyev söyləyib.
COP29-un miqyasına və iştirak edən ölkələrin sayına görə qlobal tədbir adlandıran siyasi ekspert bildirib ki, Azərbaycan bu tədbiri layiqincə başa çatdırdı: “Bildiyimiz kimi, tədbir keçirilməzdən əvvəl də, tədbir zamanı da ölkəmizə qarşı çirkin qarayaxma kampaniyaları aparıldı, hətta boykota çağırıldı.
Bütün bu çağırışlar nəticəsiz oldu. COP29-da ən uğurlu nəticə kimi 300 milyard ABŞ dolları məbləğində iqlim dəyişikliyi üzrə təklif olunan p