Icma.az
close
up
RU
Azərbaycan yaşıl enerji texnologiyalarının digər ölkələrə sürətlə yayılmasına töhfə verə bilər ŞƏRH AZƏRTAC

Azərbaycan yaşıl enerji texnologiyalarının digər ölkələrə sürətlə yayılmasına töhfə verə bilər ŞƏRH AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycanın 12 gün ev sahibliyi etdiyi beynəlxalq iqlim konfransı - COP29 bir sıra yeniliklərlə yadda qaldı. Bu mötəbər tədbiri ölkəmizdə yaşıl enerji infrastrukturunun yaradılması və inkişaf etdirilməsi, yeni texnologiyaların cəlb olunması istiqamətində də böyük uğur saymaq olar. Düşünürəm ki, gələcəkdə Azərbaycan bu platformadan çıxış edərək yaşıl enerji texnologiyalarının digər ölkələrə sürətlə yayılmasına töhfə verə bilər. Bu baxımdan COP29 Azərbaycana siyasi nüfuzla yanaşı, iqtisadi cəhətdən də böyük uğur gətirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Şahmar Hacıyev söyləyib.

COP29-un miqyasına və iştirak edən ölkələrin sayına görə qlobal tədbir adlandıran siyasi ekspert bildirib ki, Azərbaycan bu tədbiri layiqincə başa çatdırdı: “Bildiyimiz kimi, tədbir keçirilməzdən əvvəl də, tədbir zamanı da ölkəmizə qarşı çirkin qarayaxma kampaniyaları aparıldı, hətta boykota çağırıldı. Bütün bu çağırışlar nəticəsiz oldu. COP29-da ən uğurlu nəticə kimi 300 milyard ABŞ dolları məbləğində iqlim dəyişikliyi üzrə təklif olunan paket qəbul olundu. Bu da, doğrudan da, böyük naliyiyyətdir. 100 milyard ABŞ dollarının məbləği 300 milyard ABŞ dollarına çatdırılıdı. Tədbir başlamazdan əvvəl ekspertlər deyirdilər ki, COP29 maliyyə COP-u olacaq. Həqiqətən də, biz gördük ki, COP29 maliyyə baxımından olduqca önəmli tədbir oldu və bu paketin qəbul edilməsi gələcəkdə inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə kömək göstərəcək”.

Azərbaycanın yaşıl enerjiyə keçidin inkişafı ilə bağlı təkliflərinin həm ölkəmizdə, həm də regionda bu prosesi sürətləndirəcəyini vurğulayan ekspert deyib: “Xüsusilə Azərbaycan üçün bu, böyük önəm daşıyır, çünki hazırda biz yaşıl enerji layihələri həyata keçiririk. Regionda yaşıl enerji ilə bağlı elmi araşdırmaların aparılması, layihələrin həyata keçirilməsi ilə bağlı müqavilələr imzalandı. Bu da Azərbaycanın yaşıl enerjiyə keçidini sürətləndirməyə kömək edəcək. Alternativ və bərpaolunan enerji mənbələrinin səviyyəsini daha da artıracaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see276

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see223

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see157

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see157

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see157

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see144

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see127

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri