“Azərbaycan yəhudilər üçün Ana vətənidir” Şirin Mixaeli

02.09.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

“Azərbaycan xalqı yəhudilər üçün çox əzizdir. Biz yaxşı günlərdə də, pis günlərdə bir yerdə olmuşuq”. 

525.az-ın İsrailə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərlə görüşdə “Azərbaycan Evi” diaspora cəmiyyətinin  rəhbəri,
Azərbaycan Dağ yəhudiləri icmasının sədri Şirin Mixaeli deyib.

“Bizim adımız yəhudidir, amma Azərbaycan mədəniyyəti ilə böyüdük, bir də gördük ki, Azərbaycanı İsraildə təmsil edirik, strateji tətəfdaşlığımızı, dostluğumuzu bütün dünya görür. Qondarma “erməni soyqırımı” gündəmə gələndə, biz Baş nazirə, digər rəsmilərə məktublar yazdıq. XİN rəhbəri və başqa nazirlərlə danışdıq. İsrailin siyasətini, diplomatiyasını bilirik. Qondarma “soyqrımı” knessete göndərilmədi”, - o söyləyib.

Əlavə edib ki, Azərbaycan yəhudilərin ana vətənidir: “Azərbaycan xalqı bilsin ki, burda dostlarınız yox, qardaşlarınız var. 
Əlaqələrimizin möhkəmləndrilməsi üçün bundan sonra da  əlimizdən gələni  edəcəyik”.

Görüşdə, həmçinin Akko şəhərinin bələdiyyə səfri Ohad Seqev Azərbaycanın Milli qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunova fəxri fərman təqdim edib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью