“Azərbaycan yəhudilər üçün Ana vətənidir” Şirin Mixaeli
Icma.az, 525.az saytına istinadən bildirir.
“Azərbaycan xalqı yəhudilər üçün çox əzizdir. Biz yaxşı günlərdə də, pis günlərdə bir yerdə olmuşuq”.
525.az-ın İsrailə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərlə görüşdə “Azərbaycan Evi” diaspora cəmiyyətinin rəhbəri,
Azərbaycan Dağ yəhudiləri icmasının sədri Şirin Mixaeli deyib.
“Bizim adımız yəhudidir, amma Azərbaycan mədəniyyəti ilə böyüdük, bir də gördük ki, Azərbaycanı İsraildə təmsil edirik, strateji tətəfdaşlığımızı, dostluğumuzu bütün dünya görür. Qondarma “erməni soyqırımı” gündəmə gələndə, biz Baş nazirə, digər rəsmilərə məktublar yazdıq. XİN rəhbəri və başqa nazirlərlə danışdıq. İsrailin siyasətini, diplomatiyasını bilirik. Qondarma “soyqrımı” knessete göndərilmədi”, - o söyləyib.
Əlavə edib ki, Azərbaycan yəhudilərin ana vətənidir: “Azərbaycan xalqı bilsin ki, burda dostlarınız yox, qardaşlarınız var.
Əlaqələrimizin möhkəmləndrilməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.
Görüşdə, həmçinin Akko şəhərinin bələdiyyə səfri Ohad Seqev Azərbaycanın Milli qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunova fəxri fərman təqdim edib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 02 Sentyabr 2026 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















