Azərbaycan Yer kürəsinin gələcəyinə yaşıl düşüncə ilə yanaşır ŞƏRH | Icma.az
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 22 aprel, AZƏRTAC“Ötən əsrdə ikiqütblü dünya arasında ciddi savaş gedirdi: Sovet hökuməti ilə NATO bloku, Varşava paktı ilə NATO bloku, SSRİ ilə ABŞ arasında.
Bu səbəbdən də Sovet hökumətində ətraf mühitin mühafizəsinə o qədər də diqqət ayrılmırdı.
Azərbaycan da SSRİ-nin tərkibində olduğu üçün özü sərbəst siyasət yürüdə bilmirdi.
Əfsuslar olsun ki, həmin imperiyanın əsarəti altında olduğumuz dövrlərdə təbiətimizə xeyli ziyan dəymişdi.
Bəlkə də, o illərdə dünyada ən çox zərər çəkmiş ölkələrdən biri idik.
Belə ki, ölkənin böyük şəhərlərinin – Bakı, Sumqayıt, Gəncənin kimyəvi zavodların tullantıları ilə çirkləndirilməsi, Xəzər dənizinin ətraf mühiti və bioresurslarına laqeyd münasibət, Azərbaycan neftinin hədsiz istismarı, çox çətin durumda buraxılan kənd təsərrüfatı siyasəti bunun bariz nümunələridir.
Hələ də həmin dövrdə ətraf mühitə dəyən zərərlər illərdir müstəqil Azərbaycan dövləti tərəfindən aradan qaldırılır”.
Tam oxu
Xəbəri oxu