Icma.az
close
up
RU
Azərbaycan Yer kürəsinin gələcəyinə yaşıl düşüncə ilə yanaşır ŞƏRH

Azərbaycan Yer kürəsinin gələcəyinə yaşıl düşüncə ilə yanaşır ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 22 aprel, AZƏRTAC

“Ötən əsrdə ikiqütblü dünya arasında ciddi savaş gedirdi: Sovet hökuməti ilə NATO bloku, Varşava paktı ilə NATO bloku, SSRİ ilə ABŞ arasında. Bu səbəbdən də Sovet hökumətində ətraf mühitin mühafizəsinə o qədər də diqqət ayrılmırdı. Azərbaycan da SSRİ-nin tərkibində olduğu üçün özü sərbəst siyasət yürüdə bilmirdi. Əfsuslar olsun ki, həmin imperiyanın əsarəti altında olduğumuz dövrlərdə təbiətimizə xeyli ziyan dəymişdi. Bəlkə də, o illərdə dünyada ən çox zərər çəkmiş ölkələrdən biri idik. Belə ki, ölkənin böyük şəhərlərinin – Bakı, Sumqayıt, Gəncənin kimyəvi zavodların tullantıları ilə çirkləndirilməsi, Xəzər dənizinin ətraf mühiti və bioresurslarına laqeyd münasibət, Azərbaycan neftinin hədsiz istismarı, çox çətin durumda buraxılan kənd təsərrüfatı siyasəti bunun bariz nümunələridir. Hələ də həmin dövrdə ətraf mühitə dəyən zərərlər illərdir müstəqil Azərbaycan dövləti tərəfindən aradan qaldırılır”.

Bunu AZƏRTAC-a müsahibəsində “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli deyib.

Q.İbrahimlinin sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ətraf mühitin mühafizəsinə dövlət səviyyəsində diqqət ayrılmasına başlanıldı: “Müstəqilliyimiz bərpa olunduqdan sonra xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, genişmiqyaslı ağacəkmə, meşəbərpa tədbirləri, müxtəlif endemik növlərin reintroduksiyası həmin qəbildən olan tədbirlər siyahısına daxildir. Xüsusən də Vətən müharibəsində Zəfər qazandıqdan sonra Azərbaycan dünyada ətraf mühiti qoruyan dövlət nümunəsinə çevrilməyə başlayıb. İstər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda ekoloji məsələlərə yatırım edilməsi xüsusi vurğulanmalıdır. Ələlxüsus da Azərbaycanın COP29-un keçirilməsinə və vacib qərarların alınmasına nail olması ölkəmizin Yer kürəsinin gələcəyinə yaşıl düşüncə ilə yanaşmasının bariz nümunəsidir. Maraqlıdır ki, dünyada Beynəlxalq Yer Gününün keçirilməsi ənənəsinin əsasını qoyan ABŞ Paris Sazişindən çıxdı. Azərbaycan isə gənc dövlət olmasına baxmayaraq, ətraf mühit məsələlərinə daha həssas yanaşır. Ölkəmizin COP29-da istər ada dövlətləri, istərsə də Avropa və Asiyanın çox önəmli dövlətləri ilə qlobal istiləşmə, ətraf mühitin sağlamlaşdırılması, iqlim dəyişiklikləri ilə bağlı atdığı addımlar danılmazdır. Bəlkə də, COP29 zamanı qəbul edilən qərarlar indi çox nəzərə çarpmasa da, zaman bunun gerçəkdən böyük addımlar olduğunu ortaya çıxaracaq. Azərbaycanda ətraf mühitin qorunması, meşələrin sahəsinin, yaşıl zolaqların genişləndirilməsi onu göstərir ki, ölkəmiz lokal mənada olsa da, çox böyük işlər görüb və görməkdədir. Son illər ölkə rəhbərliyi müvafiq qurumların diqqətini Qarabağ və Şərqi Zəngəzura 30 illik erməni işğalı dövründə dəyən zərərləri, xüsusilə də ekoloji baxımdan fəsadları aradan qaldırmağa, həmin ərazilərdə təbii mühiti, vəhşi təbiəti, biomüxtəlifliyi bərpa etməyə yönəldib. Lakin bir məsələni təəssüflə qeyd etmək istəyirəm ki, təkcə Azərbaycanın “yaşıl dünya” təşəbbüsünü genişləndirmək yönündə cəhdləri ilə qlobal iqlim dəyişikliyinə böyük təsir edə bilməyəcəyik. Azərbaycan qədər dünyanın digər böyük və inkişaf etmiş dövlətləri bu cür işlər görsə idi, Yer planetinin gələcəyinə xeyli ümidlər artardı. Böyük ölkələrin vurduğu ekoloji ziyanların fəsadlarını illərlə aradan qaldırmaq mümkün olmur. Lakin planetimizin sağlam gələcəyinə ümidimi itirmir, COP29-da verilən qərarların tətbiqi və davamlı addımlar nəticəsində müsbət nəticələrə nail olacağımıza inanıram”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri