Azərbaycan Zimbabvedən avokado tədarük etməyə başlayıb

29.10.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1,9 milyon ABŞ dolları dəyərində 617 ton avokado (təzə və ya qurudulmuş) idxal edib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,5 %, kəmiyyət olaraq – 1,1 % azdır.

Hesabat dövründə Azərbaycan Perudan 1,36 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 43 % çox) 412 ton (+46 %),İsraildən 174 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 82 ton (+3 dəfə), Cənubi Afrikadan 120 min ABŞ dolları dəyərində (-50 %) 40 ton (-49 %), Keniyadan 78,6 min ABŞ dolları dəyərində (-52 %) 25 ton (-44 %), Livandan 67,6 min ABŞ dolları dəyərində (+0,1 %) 21 ton (+14,1 %) məhsul alıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Zimbabvedən tədarük (4,32 min ABŞ dolları dəyərində 0,9 ton) həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью