Azərbaycan Zimbabvedən avokado tədarük etməyə başlayıb
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1,9 milyon ABŞ dolları dəyərində 617 ton avokado (təzə və ya qurudulmuş) idxal edib.
Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5,5 %, kəmiyyət olaraq – 1,1 % azdır.
Hesabat dövründə Azərbaycan Perudan 1,36 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 43 % çox) 412 ton (+46 %),İsraildən 174 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 82 ton (+3 dəfə), Cənubi Afrikadan 120 min ABŞ dolları dəyərində (-50 %) 40 ton (-49 %), Keniyadan 78,6 min ABŞ dolları dəyərində (-52 %) 25 ton (-44 %), Livandan 67,6 min ABŞ dolları dəyərində (+0,1 %) 21 ton (+14,1 %) məhsul alıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Zimbabvedən tədarük (4,32 min ABŞ dolları dəyərində 0,9 ton) həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 29 Oktyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















