Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Davos Forumunda ölkəmizin dünyadakı nüfuzu və əhəmiyyəti yüksək dəyərləndirilir İsveçrənin Davos şəhərində sayca 55-ci Dünya İqtisadi Forumunun illik toplantısı işinə başlayıb.
Bu il “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında keçirilən forumda 5 əsas istiqamət üzrə müzakirələr təşkil olunacaq: İnkişafın yenidən dizayn edilməsi, intellektual əsrdə sənayelər, insan kapitalına investisiya, planetin mühafizəsi və etimadın bərpası.
Forum çərçivəsində təşkil olunacaq sessiyalarda qlobal təhlükəsizlik, ticarət, iqtisadi artım, iş yerləri, iqlim və təbiətlə bağlı fəaliyyətlər, enerji keçidi, texnoloji pozulmalar, sağlamlıq və rifah üzrə irəliləyişlərlə bağlı müzakirələr baş tutacaq.
Tədbirin başlıca məqsədi kollektiv fəaliyyət azadlığını bərpa etmək və liderlər arasında şəffaflıq, ardıcıllıq və hesabatlılıq kimi əsas prinsipləri gücləndirməkdir.
İqtisadi güc mərkəzlərinin dialoqu Davos İqitsadi Forumu mühüm qlobal platforma kimi dünyanın aparıcı dövlət və hökumət başçılarını, biznes, media, eyni zamanda vətəndaş cəmiyyəti liderlərini bir araya gətirir.
Bu baxımdan təsir və əhatə baxımından Davos İqitsadi Forumu dünyanın ən böyük forumu hesab olunur.
Bir həftə ərzində, toplantıda 100-dən çox hökumət və dövlət başçısı, aparıcı beynəlxalq təşkilatların rəhbərləri və forumun 1000 tərəfdaş şirkəti, eləcə də vətəndaş cəmiyyətinin liderləri, qabaqcıl ekspertlər, gənc liderlər, sosial sahibkarlar və media subyektləri aktual məsələləri müzakirə edəcəklər.