Icma.az
close
up
RU
Azərbaycana olan etimad platforması

Azərbaycana olan etimad platforması

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Davos Forumunda ölkəmizin dünyadakı nüfuzu və əhəmiyyəti yüksək dəyərləndirilir

İsveçrənin Davos şəhərində sayca 55-ci Dünya İqtisadi Forumunun illik toplantısı işinə başlayıb. Bu il “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında keçirilən forumda 5 əsas istiqamət üzrə müzakirələr təşkil olunacaq: İnkişafın yenidən dizayn edilməsi, intellektual əsrdə sənayelər, insan kapitalına investisiya, planetin mühafizəsi və etimadın bərpası. Forum çərçivəsində təşkil olunacaq sessiyalarda qlobal təhlükəsizlik, ticarət, iqtisadi artım, iş yerləri, iqlim və təbiətlə bağlı fəaliyyətlər, enerji keçidi, texnoloji pozulmalar, sağlamlıq və rifah üzrə irəliləyişlərlə bağlı müzakirələr baş tutacaq. Tədbirin başlıca məqsədi kollektiv fəaliyyət azadlığını bərpa etmək və liderlər arasında şəffaflıq, ardıcıllıq və hesabatlılıq kimi əsas prinsipləri gücləndirməkdir.

İqtisadi güc mərkəzlərinin dialoqu

Davos İqitsadi Forumu mühüm qlobal platforma kimi dünyanın aparıcı dövlət və hökumət başçılarını, biznes, media, eyni zamanda vətəndaş cəmiyyəti liderlərini bir araya gətirir. Bu baxımdan təsir və əhatə baxımından Davos İqitsadi Forumu dünyanın ən böyük forumu hesab olunur. Bir həftə ərzində, toplantıda 100-dən çox hökumət və dövlət başçısı, aparıcı beynəlxalq təşkilatların rəhbərləri və forumun 1000 tərəfdaş şirkəti, eləcə də vətəndaş cəmiyyətinin liderləri, qabaqcıl ekspertlər, gənc liderlər, sosial sahibkarlar və media subyektləri aktual məsələləri müzakirə edəcəklər.

İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə Davos Forumu ümumdünya məsələlərin müzakirəsi və vacib qərarların qəbulunda əlverişli mühit deməkdir.

Forum dünyanın iqtisadi coğrafiyasında yeni təşəbbüskarlığa, o cümlədən enerji-nəqliyyat layihələrinin gerçəkləşməsinə siyasi dəstəyi də ifadə edir. Bu baxımdan Azərbaycanın liderliyi ilə regionda reallaşan enerji-nəqliyyat, bərpaolunan enerji layihələri qlobal iqtisadiyyata yeni istiqamətlər vermək baxımından əhəmiyyət kəsb edir.

Azərbaycanın liderinə olan xüsusi diqqət və ehtiram

55-ci Davos Forumunun ilk günü Azərbaycan üçün olduqca məhsuldar və səmərəli keçib.  Prezident İlham Əliyevin Davosda qarşı tərəflərin müraciəti əsasında Almaniya Kansleri Olaf Şolts, İsrailin Prezidenti İsxak Hersoq, Latviya Prezidenti Edqars Rinkeviçs, İraq rəhbəri Camal Rəşid və digər şəxslərlə keçirdiyi görüşlərdə Azərbaycan ilə həmin ölkələr arasında iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi barədə geniş fikir mübadiləsi aparılıb. Biznes dairələrinin qarşılıqlı səfərlərinin təşkilinin, onlar arasında birbaşa təmasların yaradılmasının vacibliyi qeyd olunub.

Azərbaycanın dövlət başçısının dünyanın nəhəng investisiya və maliyyə şirkətlərinin rəhbərləri ilə də görüşləri yaddaqalan olub. Onların sırasında “The Goldman Sachs Group İnc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşü xüsusi vurğulanmalıdır. Görüşdə Azərbaycan ilə “The Goldman Sachs Group Inc.” şirkəti arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ölkəmizlə “The Goldman Sachs Group Inc.” ilə arasında 2010-cu ildən uğurlu əməkdaşlıq qurulub. 1869-cu ildə təsis edilmiş və mənzil-qərargahı Nyu-York şəhərində yerləşən bu investisiya şirkəti 40-dan çox ölkədə fəaliyyət göstərir və müxtəlif siniflər üzrə 2,8 trilyon dollar dəyərində aktivləri idarə edir.

Həmçinin, “OliverWyman Group” şirkəti də qlobal investisiya sektorunda nüfuzu ilə fərqlənir. Prezident İlham Əliyevlə həmin şirkətin baş icraçı direktoru Nik Studer ilə görüş zamanı Azərbaycanın iqtisadi transformasiya prosesinin, sığorta, maliyyə bazarının müxtəlif istiqamətlərinin inkişafı, enerji sektorunda, o cümlədən ənənəvi və “yaşıl enerji” sahələrində həyata keçirilən layihələr barədə geniş fikir mübadiləsi aparılıb. Bu görüş “OliverWyman Group” şirkətinin Azərbaycanın yeni iqtisadi layihələrinə sərmayə qoyması baxımından mühüm əhəmiyyət kəsb edir.

Dünya iqtisadiyyatında özünəməxsus mövqeyi ilə tanınan digər bir şirkətin - “DP World”in icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə Azərbaycan Prezidentinin görüşü də iqtisadi-maliyyə əməkdaşlığı baxımından səmərəli olub. Bu, Orta Dəhlizdə strateji yer tutan Azərbaycanın beynəlxalq logistika bazarlarında üstün mövqe qazanmasında mühüm rol oynaya bilər.

Dünya İqtisadi Forumunun mövqeyi

Davos İqitsadi Forumunun iclasları və panel sessiyalarında da Azərbaycanın dövlət başçısının çıxış və hadisələrə münasibəti xüsusi diqqəti cəlb edir. Ölkəmizin siyasi-iqtisadi, sosial, humanitar və digər sahələrdə əldə etdiyi inkişaf dinamikası barədə təfərrüatlı məlumatların diqqətə çatdırıldığı bu platformada Azərbaycan Prezidentinin iqtisadi mühitlə bağlı yanaşmaları, təklifləri qlobal auditoriyada maraqla qarşılanır. Bu, bir daha göstərir ki, Davos İqtisadi Forumunda Azərbaycana xüsusi önəm verilir, Cənubi Qafqazda lider mövqeyə malik olan ölkəmizin təşəbbüskarlığı ilə ərsəyə gələn enerji, nəqliyyat və digər regional layihələr dünya siyasi elitası üçün xüsusi əhəmiyyət kəsb edir.

Onu da qeyd etmək lazımdır ki, Davos ailəsinin Azərbaycana olan xüsusi etimad və hörmətinin əlaməti olaraq Davosda yüksək etimad qazanmış ölkədir. Ölkəmiz bu hörmətin əlaməti olaraq 2013-cü ilin aprelində Dünya İqtisadi Forumu öz iştirakçılarını Bakıda qəbul edib. Dünyanın nüfuzlu hökumət üzvləri, tanınmış biznes icmaları, iqtisadçılar, ekspertlər Bakıda bir araya gələrək bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə ediblər.

Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi Azərbaycanın qlobal biznes ölkəsi kimi tanınması üçün də mühüm hadisə oldu. Forumun iqtisadiyyatın rəqabətə davamlılığı baxımından Azərbaycanı 2013-cü ildə 46-cı yerdə qərarlaşı və bu, Azərbaycanın iqtisadi inkişafına verilən mühüm qiymət kimi xarakterizə edilə bilər. Azərbaycan Dünya İqtisadi Forumunun sonrakı illərdə də qlobal hesabatlarında ən islahatçı və müxtəlif indikatorlar üzrə yüksək nailiyyətlər əldə edən ölkə kimi yer almaqla, dünyada iqtisadi inkişaf baxımından davamlı irəliləyişlər qazandığını təsdiqləyib. Məhz bu kontekstdən Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatının, müasir sənaye innovasiyaları və rəqəmsal sektorlarına daha çox sərmayənin cəlb edilməsinə zəmin yarada bilər.

ELBRUS CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Yanvar 2025 08:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see324

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see288

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see221

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see202

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see199

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see194

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see191

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see188

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see188

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see184

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see176

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see175

Mbappeni transfer etməkdə maraqlıdır

20 May 2026 01:06see166

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see166

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see158

ABŞ SEPAH la bağlı 15 milyon dollar MÜKAFAT elan etdi

20 May 2026 00:51see156

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see155

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see153

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see146

“Tanqo üçün iki nəfər lazımdır” Vens

20 May 2026 01:36see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri