Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünə növbəti dəfə veto qoyub.
Çin Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb.
Qeyd edilir ki, bu addım Azərbaycan və Pakistanın sıx əlaqələri ilə bağlıdır və çoxtərəfli diplomatiya prinsiplərinə və "Şanxay ruhu"na ziddir, həmçinin bu, Hindistanın məhdud yanaşmasını nümayiş etdirir.
“Xalq Cəbhəsi” Hindistanın Azərbaycana qarşı olan düşmənçiliyinin səbəbini araşdırıb.
“Hindistan Azərbaycanı bloklamaqla məşğuldur” Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünə növbəti dəfə veto qoysa da Çin isə Hindistanın əksinə Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəkləyib: “Hindistanın yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklamasının Azərbaycan və Pakistanın sıx əlaqələri ilə bağlıdır.
Azərbaycan Çinin ən böyük beynəlxalq kommunikasiya layihəsi olan “Bir Kəmər, Bir Yol” marşrutunun Orta dəhlizinin üzərində yerləşir və bu xəttin fəaliyyətə keçməsində həyati rol oynayır.
Çini özünə ən böyük rəqib kimi görən Hindistan onun ticarət yolları üzərində bacardığı qədər əngəl yaratmağa çalışır.