Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni bir qərar qəbul edib və xüsusi bir prezident memorandumunu imzalayıb.
Bu sənəd İran hökumətinə qarşı maksimum təzyiq siyasətini bərpa edir və Vaşinqtonun Tehranın nüvə silahı əldə etməsinə mane olmaq məqsədi güdür.
Ağ Ev bununla bağlı rəsmi açıqlama verib: "Bu qərarın əsas məqsədi İranın nüvə silahı və uzun mənzilli raketlər əldə etməsinin qarşısını almaq, İran tərəfindən dəstəklənən terror şəbəkələrini zəiflətmək və Tehranın hərbi gücünü məhdudlaşdırmaqdır”.
Sənədə əsasən, ABŞ Maliyyə Nazirliyinə İrana qarşı iqtisadi təzyiqləri artırmaq və sanksiyalardan yayınan şəxslərə qarşı sərt tədbirlər görmək tapşırılıb.
Dövlət katibi İranın neft satışının qarşısını almaq üçün xüsusi bir kampaniya aparacaq.
ABŞ-nin BMT-dəki nümayəndəsi beynəlxalq sanksiyaların daha da sərtləşdirilməsi üçün digər ölkələrlə işləyəcək.
ABŞ Baş Prokurorluğu isə İran tərəfindən maliyyələşən terror qruplaşmalarının ABŞ vətəndaşlarına qarşı törətdiyi cinayətləri araşdıracaq və məsul şəxslərin həbs olunmasına çalışacaq.