Azərbaycançılıq: bu günümüz və gələcəyimiz | Icma.az
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycançılıq ideologiyası kimliyindən asılı olmaya bütün fərqli etnikləri bir arada birləşdirən bir ideologiyadır.
Azərbaycançılıq bir növ həmrəylik missiyasını özündə ifadə edir.
Azərbaycançılığın digər tarixi missiyası dünya azərbaycanlılarının, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinin təmin olunmasından ibarətdir.
Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsidir.
Bu ideologiyanın sağlam təməllər üzərində formalaşmasında Heydər Əliyevin böyük rolu var.
Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərlik etdiyi zaman dövrün mövcud reallıqları çərçivəsində xaricdəki azərbaycanlı diasporunun təşəkkül tapmasına mümkün dəstəyi göstərirdi.
1993-cü ildən başlayaraq Ümummilli lider Heydər Əliyev xarici səfərləri zamanı həmvətənlərimizlə görüşlərində onları vahid ideya-azərbaycançılıq ideyası ətrafına toplamağa çalışır və bunun üçün böyük səylər göstərirdi.
Tam oxu
Xəbəri oxu