Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Azərbaycançılıq: bu günümüz və gələcəyimiz

Azərbaycançılıq: bu günümüz və gələcəyimiz

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycançılıq ideologiyası  kimliyindən asılı olmaya bütün fərqli etnikləri bir arada birləşdirən bir ideologiyadır. Azərbaycançılıq bir növ həmrəylik missiyasını özündə ifadə edir. Azərbaycançılığın digər tarixi missiyası dünya azərbaycanlılarının, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinin təmin olunmasından ibarətdir. Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsidir. Bu ideologiyanın sağlam təməllər üzərində formalaşmasında Heydər Əliyevin böyük rolu var. Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərlik etdiyi zaman dövrün mövcud reallıqları çərçivəsində xaricdəki azərbaycanlı diasporunun təşəkkül tapmasına mümkün dəstəyi göstərirdi.

1993-cü ildən başlayaraq Ümummilli lider Heydər Əliyev xarici səfərləri zamanı həmvətənlərimizlə görüşlərində onları vahid ideya-azərbaycançılıq ideyası ətrafına toplamağa çalışır və bunun üçün böyük səylər göstərirdi. Lakin bu, asanlıqla başa gəlmirdi. Belə ki, azərbaycanlıların Vətənə bağlılığına, dilini, dinini, milli adət və ənənələrini daim qoruyub saxlamaq kimi gözəl xüsusiyyətlərinə baxmayaraq, onların bir-biri ilə əlaqələri zəif, mütəşəkkilliyi yox dərəcəsində idi. Cəmiyyətdə özünü göstərən milli özünüdərk prosesinin ləngliyi, milləti öz ətrafında birləşdirəcək aparıcı ideologiyaya ehtiyac olduğunu göstərirdi.

Cəmiyyətin milli birliyinin təmin edilməsi məqsədilə ona milli-mənəvi dəyərlərə əsaslanan, dünyanın sivil dövlətlərinin inkişafına səbəb olmuş ümumbəşəri fəlsəfi baxışlara söykənən ideologiyanın əsaslarının və strateji inkişaf prinsiplərinin təqdim olunması Ümummilli liderimizin xalqı qarşısında ən böyük xidmətlərindən idi. Əgər cəmiyyətə vaxtında təqdim olunmuş bu ideologiya olmasaydı, hərc-mərclik, deqradasiya meylləri güclənər və nəticə etibarilə milli dövlətçiliyimizin məhvolma təhlükəsi yaranardı.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında ideya birliyinin yaradılması və bu ideologiyanın əsaslarının hazırlanması prosesi 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlişindən başlayaraq həyata keçirildi. İlk vaxtlar ölkə daxilində mövcud olan problemlər, siyasi xaos, iqtisadi tənəzzül, müharibənin davam etməsi və s. ciddi nailiyyətlər qazanmağa imkan verməsə də, aparılmış ardıcıl və məqsədyönlü siyasətin nəticəsi olaraq, 90-cı illərin sonlarında bu sahədə əsaslı dönüş yaratmaq mümkün oldu. Məhz bu dövrdən etibarən dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız Ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq ideologiyası ətrafında birləşməyə başladılar. Bu gün də onlar bu ideya ətrafında sıx birləşib azərbaycançılığı qoruyub saxlamaqdadırlar.

Bu gün Ümummilli lider Heydər Əliyevin davamçısı olan Prezident İlham Əliyev də dünya azərbaycanlılarının təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayır və bu sahədə dövlət siyasətini uğurla həyata keçirir. Ötən müddətdə İlham Əliyev xarici ölkələrə səfərlərində dünyanın müxtəlif bölgələrində məskunlaşmış həmvətənlərimizlə görüşüb, diaspor quruculuğu işinin vəziyyəti ilə yaxından maraqlanmış, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün lazımi tədbirlər görüb.

İlham Əliyev bildirib ki, Azərbaycançılıq ideyasının birləşdirici dəyər kimi bütün dünyada yaşayan azərbaycanlılar arasında yayılması, dilimizin, mədəniyyətimizin, mütərəqqi adət-ənənələrimizin, tariximizin yaşadılması və inkişaf etdirilməsi Prezident Heydər Əliyevin ideyası idi: "Düşünürəm ki, bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin mühüm şərti olaraq bu ideya bu gün də, gələcəkdə də bizim siyasətimizin əsasını təşkil edəcəkdir".

Millət vəkili Musa Qasımlı deyir ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideyası tək vətən, tək millət, tək dövlət, tək bayraq deməkdir. Azərbaycançılıqda milli birlik, köklərinin müxtəlif olmasına baxmayaraq, bütün azərbaycanlıların tək dövlət, tək bayraq, tək vətəndə birləşməsi, bir, bərabər olmasıdır: "Azərbaycançılıq ideologiyası çox güclü bir ideologiyadır. Vətən müharibəsi də sübut etdi ki, ölkədə xalq-ordu birliyinin kökündə də məhz həm o güclü azərbaycançılıq ideologiyası dayanır. Bu ideologiya altında xalq, millət olaraq bir yumruq olmağı bacardıq. Hesab edirəm ki, bu ideologiya Azərbaycan xalqının bu günü və gələcəyidir. Bu ideologiya altında biz daha güclü və qüdrətli dövlətə çevrilirik. Azərbaycançılıq dünyadakı bütün azərbaycanlıları dövlətimiz, vətənimiz, bayrağımız ətrafında birləşdirən bir məfkurədir".

Millət vəkili Fatma Yıldırımın dediyinə görə, Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu azərbaycançılıq ideologiyası bu gün də müstəqil Azərbaycanın siyasi düşüncə sisteminin bünövrəsini təşkil edir. Bu güclü ideologiya minlərlə insanı birləşdirib bütün, bötöv millət edir: "Azərbaycançılıq yalnız bir siyasi konsepsiya deyil, eyni zamanda milli varlığımızın, kimliyimizin və birliyimizin əsas mənəvi dayağıdır: "Bu gün  azərbaycançılıq ideologiyası təkcə ölkə sərhədləri ilə məhdudlaşmır. Milyonlarla insanı əhatə edir və birləşdirir. Hesab edirəm ki, bu ideya dünya azərbaycanlıları üçün də əsas ideoloji platformaya çevrilib. Heydər Əliyev azərbaycançılıq ideologiyasını dilimizin, tariximizin, mədəniyyətimizin qorunması və gələcək nəsillərə ötürülməsi kimi fundamental dəyərlər üzərində qurdu. Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq, öz millətinə və dövlətinə bağlı olmalıdır. O, buna nail oldu. Bu gün minlərlə, milyonlarla insan Azərbaycançılıq ideologiyası altında birləşib. Vətəndən uzaqda olmalarına baxmayaraq, onlar vətənlərinə, dövlətlərinə bağlılıqlarını nümayiş etdirirlər. Azərbaycana sevgilərinin sonsuz olduğunu, hər zaman vətənin, dövlətin, millətin yanında olduqlarını bəyan edirlər".

Fatma Yıldırım vurğulayıb ki, bu ideologiyanın davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan regionda söz sahibi olan, güclü və nüfuzlu bir dövlətə çevrilib. Dövlətimizin başçısı azərbaycançılıq dəyərlərini XXI əsrin çağırışlarına uyğun şəkildə inkişaf etdirərək, siyasi, iqtisadi və mədəni sahələrdə milli maraqlarımızı qətiyyətlə qoruyur: "Azərbaycançılıq ideologiyası milli həmrəyliyin təmin olunmasında, vətənə sədaqət hissinin gücləndirilməsində və dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayan əsas təməldir. Bu ideologiyanın yaşadılması və gələcək nəsillərə ötürülməsi hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bizi birləşdirən bu dəyəri, Azərbaycançılıq ideologiyasını yaşatmaq və gələcək nəsillərə ötürmək hər bir vətəndaşın ən vacib missiyası, məqsədidır. Hər kəs bu məqsədi layiqincə yerinə yetirməlidir".

Millət vəkili Azər Badamovun sözlərinə əsasən, dövlətimizin daha da güclənməsində azərbaycançılıq ideologiyasın mühüm rol oynadı: "Azərbaycançılıq ideyasının bütün millətimiz və dövlətimiz üçün ideoloji sistemə salınması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər daim azərbaycançılıq ideologiyasının real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub-saxlamaq və möhkəmləndirmək üçün milli dəyər olduğunu bildirirdi: "Heydər Əliyev azərbaycançılığı vahid sistem və konsepsiya halına gətirərək, onu dövlət idarəçiliyinin əsasına çevirdi. Məhz Heydər Əliyevin fəaliyyəti ilə azərbaycançılıq ideologiyası mahiyyətcə real məzmun daşıyaraq reallığa çevrildi. Biz bu ideologiyanı qorumalı gələcək nəsillər ötürməliyik. Bu ideologiya altında bu gün minlərlə gənc yetişir. Bu gün Vətənə bağlı, vahid məfkurə-azərbaycançılıq ideologiyası əsasında tərbiyə olunan gənclərimiz ölkəmizin inkişafı üçün bütün gücünü səfərbər edib. Gənclərimiz dövlətimizin gələcəyidir və bu gün dövlət strukturları onlara etibar edilir. Onlar bu gün dünyada bayrağımızı dalğalandırırlar, sərhədlərimizi ayıq-sayıq qoruyurlar. Ölkəmizdə bilikli, bacarıqlı, vətənpərvər gənc nəslin yetişməsi onu deməyə əsas verir ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir və qazandığımız müstəqillik əbədi olacaq. Çünki gənclər çox güclü bir ideologiya Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşib irəliləyirlər. Azırbaycançılıq ideologiyası gənclər üçün mayak rolunu oynayır".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Oktyabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see700

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see406

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see275

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see261

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see257

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see254

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see239

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see237

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see224

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see220

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see217

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see216

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see216

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see215

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see211

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see201

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see195

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see193

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri