Azərbaycanda 490 manata satılan bu meyvə xaricdən 22 manata gətirilir

27.09.2026

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Bu ilin ilk 7 ayında Azərbaycana Tailanddan 10 kiloqram durian gətirilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan durianın bir kiloqramının orta gömrük dəyəri 13 dollar (22 manat) təşkil edib.
Məlumat üçün bildirək ki, durian Cənub-Şərqi Asiyada yetişən tropik meyvədir. Xüsusilə Tailand, Malayziya və İndoneziyada məşhurdur. Böyük, oval formalı və tikanlı qabığı olur. Çox kəskin və özünəməxsus qoxuya malikdir. Buna görə bəzi otellərdə və ictimai nəqliyyatda durian aparmaq qadağan edilir. İç hissəsi kremə bənzəyir, dadı şirin və yağlı olur. Tərkibində karbohidrat, yağ, lif, kalium və müxtəlif vitaminlər var.
Onu da qeyd edək ki, Azərbaycanda bəzi pərakəndə satış mağazalarında durianın bir ədədi 490 manata satılır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью