Azərbaycanda 490 manata satılan bu meyvə xaricdən 22 manata gətirilir
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu ilin ilk 7 ayında Azərbaycana Tailanddan 10 kiloqram durian gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan durianın bir kiloqramının orta gömrük dəyəri 13 dollar (22 manat) təşkil edib.
Məlumat üçün bildirək ki, durian Cənub-Şərqi Asiyada yetişən tropik meyvədir. Xüsusilə Tailand, Malayziya və İndoneziyada məşhurdur. Böyük, oval formalı və tikanlı qabığı olur. Çox kəskin və özünəməxsus qoxuya malikdir. Buna görə bəzi otellərdə və ictimai nəqliyyatda durian aparmaq qadağan edilir. İç hissəsi kremə bənzəyir, dadı şirin və yağlı olur. Tərkibində karbohidrat, yağ, lif, kalium və müxtəlif vitaminlər var.
Onu da qeyd edək ki, Azərbaycanda bəzi pərakəndə satış mağazalarında durianın bir ədədi 490 manata satılır.
Bu mövzuda digər xəbərlər:Azərbaycanda 30 manata satılan bu meyvə Türkiyədən 5 manata gətirilir
26 Yanvar 2026 15:55
Xaricdən ətin kiloqramı 4 manata gətirilir
18 Fevral 2026 12:08
Azərbaycanda 22 min manata daş satılır FOTO
13 May 2026 17:35
Qramı 9 manata satılan gümüş üzüklər xaricdən neçəyə gətirilir? Ölkələr və qiymətlər
02 Sentyabr 2025 10:33
Azərbaycanda QR ödənişlərin həcmi 22 mln. manata çatıb
09 İyun 2026 15:38
Baxış sayı:110
Bu xəbər 27 Sentyabr 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















