Azərbaycanda at və eşşəklər niyə azalıb? AÇIQLAMA | Icma.az
Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda atların və eşşəklərin sayında azalma müşahidə edilib.
Belə ki, son bir ildə atların sayı 7 faiz, eşşəklərin sayı isə 14 faizdən çox azalıb. Bəs bu heyvanların azalmasının səbəbi nədir?
Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Metbuat.az-a açıqlamasında deyib ki, Azərbaycanın daha çox dağlıq və dağ-meşə ərazilərində atların sayı daha çox olur.
Bu bölgələrdə atlardan əsasən nəqliyyat vasitəsi kimi istifadə edilir, xüsusilə daşımalarda yardımçı olurlar:"Atların daha geniş istifadəsi isə əsasən tərəkəmə camaatı tərəfindən həyata keçirilirdi.
Yəni heyvandarlıqla məşğul olan əhali, xüsusilə tərəkəmələr, atlara daha çox tələbat göstərirdilər.
Məsələn, 1000 baş qoyunu və 50-60 baş iribuynuzlu heyvanı olan bir şəxs mütləq bir neçə at da saxlayırdı.
Hazırda isə hesab edirəm ki, heyvandarlıqla məşğul olan əhalinin, xüsusilə örüş sahələrində yaşayanların sayının azalması nəticəsində atlara olan tələbat da azalıb.
Tam oxu
Xəbəri oxu