Icma.az
close
up
RU
Azərbaycanda at və eşşəklər niyə azalıb? AÇIQLAMA

Azərbaycanda at və eşşəklər niyə azalıb? AÇIQLAMA

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda atların və eşşəklərin sayında azalma müşahidə edilib. Belə ki, son bir ildə atların sayı 7 faiz, eşşəklərin sayı isə 14 faizdən çox azalıb.

Bəs bu heyvanların azalmasının səbəbi nədir?

Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Metbuat.az-a açıqlamasında deyib ki, Azərbaycanın daha çox dağlıq və dağ-meşə ərazilərində atların sayı daha çox olur. Bu bölgələrdə atlardan əsasən nəqliyyat vasitəsi kimi istifadə edilir, xüsusilə daşımalarda yardımçı olurlar:

"Atların daha geniş istifadəsi isə əsasən tərəkəmə camaatı tərəfindən həyata keçirilirdi. Yəni heyvandarlıqla məşğul olan əhali, xüsusilə tərəkəmələr, atlara daha çox tələbat göstərirdilər. Məsələn, 1000 baş qoyunu və 50-60 baş iribuynuzlu heyvanı olan bir şəxs mütləq bir neçə at da saxlayırdı. Hazırda isə hesab edirəm ki, heyvandarlıqla məşğul olan əhalinin, xüsusilə örüş sahələrində yaşayanların sayının azalması nəticəsində atlara olan tələbat da azalıb. Bildiyiniz kimi, son illər ölkədə örüş sahələri maksimum dərəcədə məhdudlaşdırılıb və saxlanılan heyvanların böyük əksəriyyəti qapalı şəraitdə saxlanılır. Tərəkəmə əhalisi və ümumilikdə fermerlərin atlara olan tələbatı minimuma enib. Nəticədə atlar müxtəlif vasitələrlə dövriyyədən çıxarılır. Məsələn, bir zamanlar Azərbaycandan Qazaxıstana və Türkmənistana at əti satışı ilə bağlı məlumatlar yayılırdı. Bu, əsasən istifadədən çıxan atların diri və ya ölü şəkildə ətlik məqsədlərlə ixrac olunması hesabına baş verirdi".

Ekspertin sözlərinə görə, bu tendensiya qarşıdakı dövrlərdə də davam edəcək:

"Atlara və eyni zamanda eşşəklərə daha çox dağlıq ərazilərdə, xüsusilə su və odun gətirmək üçün ehtiyac vardı. Lakin hazırda həmin ərazilərdə infrastruktur kifayət qədər inkişaf edib, yollar təkmilləşib, kəndlərə qaz və su xətləri çəkilib. Bu da həmin ehtiyacı minimuma endirib. Nəticədə atlarla yanaşı eşşəklərin də sayı azalmaqdadır. Digər bir tərəfdən də çoxalır. Yəni törəyirlər, amma həm də müxtəlif səbəblərdən - xəstəlik, təbii ölümlər və hücumlar nəticəsində bu heyvanlar dövriyyədən çıxır. Əvvəllər bu itkilər təbii artımla bərpa olunurdu. İndi isə ehtiyac azaldığı üçün onların nəsilvermə imkanları da məhdudlaşdırılır".

Sevinc İbrahimzadə / Metbuat.az">Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Aprel 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri