Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq. Azərbaycanın regionlarına dəmir yolu ilə səyahət avtobusla müqayisədə daha baha başa gəl
Məsələn, Bakı-Gəncə marşrutu üzrə qatar bileti standart sinifdə 20 manat, biznes sinifdə isə 33 manat təşkil edir.
Halbuki, eyni məsafəni avtobusla 10 manat 40 qəpiyə getmək mümkündür.
Bununla yanaşı, qatar biletlərinin qiyməti yalnız oturacaq haqqını əhatə edir və sərnişinlərə əlavə olaraq nə yemək, nə də başqa xidmətlər təqdim olunur.
Həmçinin, qatarda üzü tərsinə oturanlardan bir qiymət, üzü yol istiqamətinə oturanlara əlavə ödəniş tələb olunduğu deyilir.
Bundan başqa, Tovuz istiqamətinə bilet təxminən 20 manatdır. Halbuki, taksi də həmin məbləğə aparır, avtobus da.
Taksi üçün bu məbləğ müəyyən mənada anlaşılandır, çünki cəmi dörd sərnişini olur.
Amma avtobus daha çox sərnişin tutur və yanacaq xərci bir nəfərə düşən pay baxımından qat-qat az olur.