Icma.az
close
up
RU
Azərbaycanda bahalı qatar biletləri: Nəyə əsasən hesablanır?

Azərbaycanda bahalı qatar biletləri: Nəyə əsasən hesablanır?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycanın regionlarına dəmir yolu ilə səyahət avtobusla müqayisədə daha baha başa gəlir. 

Məsələn, Bakı-Gəncə marşrutu üzrə qatar bileti standart sinifdə 20 manat, biznes sinifdə isə 33 manat təşkil edir. Halbuki, eyni məsafəni avtobusla 10 manat 40 qəpiyə getmək mümkündür.

Bununla yanaşı, qatar biletlərinin qiyməti yalnız oturacaq haqqını əhatə edir və sərnişinlərə əlavə olaraq nə yemək, nə də başqa xidmətlər təqdim olunur. Həmçinin, qatarda üzü tərsinə oturanlardan bir qiymət, üzü yol istiqamətinə oturanlara əlavə ödəniş tələb olunduğu deyilir.

Bundan başqa, Tovuz istiqamətinə bilet təxminən 20 manatdır. Halbuki, taksi də həmin məbləğə aparır, avtobus da. Taksi üçün bu məbləğ müəyyən mənada anlaşılandır, çünki cəmi dörd sərnişini olur. Amma avtobus daha çox sərnişin tutur və yanacaq xərci bir nəfərə düşən pay baxımından qat-qat az olur. 

Ümumiyyətlə, beynəlxalq standartlara görə qiymətlər necə tənzimlənir? Qiymətlərin kilometraj əsasında müəyyənləşdirilməsi necə həyata keçirilməlidir? Bəs Azərbaycandakı dəmir yolu biletlərinin qiymətləri Avropa standartları ilə müqayisədə baha sayılırmı?

Nəqliyyat eksperti Eldəniz Cəfərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, qatar həmişə qiymət baxımından avtobusdan fərqli olub:

“Qatar həmişə avtobusa nisbətən baha olur. Hətta inkişaf etmiş və inkişafda olan ölkələrdə də bu tendensiya müşahidə olunur. Çünki qatar daha komfortlu və təhlükəsizdir. Mən özüm keçən həftə Ağdama səfər etdim. 

Bakı-Ağdam qatarında ekonom sinif biletinin qiyməti 12 manat 80 qəpikdir. Avtobus qiymətini dəqiq bilmirəm, amma ümumilikdə bunu sərfəli qiymət hesab etmək olar. Burada əsas müzakirə mövzusu biletin bahalı və ya ucuz olması deyil, daha çox rahatlıq və təhlükəsizlikdir”. 

Ekspertin sözlərinə görə, qatar biletlərində qiymət fərqliliyi yalnız alınma vaxtı ilə bağlıdır: 

“Elə insanlar var ki, qatar ucuz olsa da, avtobusla gedəcək, avtobus ucuz olsa da, qatara üstünlük verəcək. Azərbaycan Dəmir Yollarında ötən ildən “dinamik tarif” sistemi tətbiq olunur. Yəni dəyişən tariflər. Məsələn, bileti öncədən, bir ay və ya 20 gün əvvəl aldıqda daha ucuz olur. Səfər gününə yaxın aldıqda isə qiymət artır. Bu, təyyarə biletlərində də olduğu kimi, tələb və təklif əsasında tənzimlənir. 

Bilet satışı azaldıqca və tələb artdıqca, qiymətlər yüksəlir. Bu, dünya praktikasında da geniş yayılmış təcrübədir. Qatarın qiymətinin baha olması ola bilər ki, müxtəlif sinif növləri ilə bağlıdır. Məsələn, ekonom sinif, ekonom-plus, biznes, eləcə də gecə qatarlarında plaskart və kupe biletləri və s. var. Bunların qiymətləri də fərqlidir. 

Mənim getdiyim qatarda isə qiymətlər normal idi. Ona görə də “bahadır” demək qeyri-obyektiv olardı. Üzü yol istiqamətinə və ya tərsinə oturmaqla bağlı əlavə ödəniş məsələsinə gəlincə, mən belə bir fərq görmədim. Ağdama gedəndə üzü tərsinə oturmuşdum, qayıdanda isə yol istiqamətinə, amma hər iki halda eyni məbləği ödədim. Hesab edirəm ki, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Qiymət fərqliliyi yalnız biletin alınma vaxtı ilə bağlı ola bilər”. 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə bildirib ki, Avropada dəmir yolu biletlərinin qiymətləri bir neçə amil əsasında formalaşır.

Onun sözlərinə görə, qiymətlərin müəyyən edilməsində ilk növbədə məsafə əsas meyar sayılır:

“Əksər ölkələrdə qiymət sərnişin başına 1 km-ə düşən dəyərə görə hesablanır. Məsələn, Almaniya və Fransa kimi ölkələrdə qısa məsafələrdə (100–200 km) qiymətlər nisbətən yüksək olur, uzun məsafələrdə isə km başına düşən qiymət azalır ("economies of scale"). 

Digər mühüm amillər xidmət səviyyəsi və sinif seçimidir. Xidmət səviyyəsi və sinif - standart ("economy") və "biznes/first class" arasında fərq olur. Buraya oturacaq komfortu, əlavə xidmətlər (Wi-Fi, yemək, içki) daxil edilir.

Həmçinin, dinamik qiymətqoyma prinsipi də tətbiq edilir. Bayram günləri və yüksək tələbatlı saatlarda qiymətlər artır. Avropada bu, xüsusilə sürətli qatar ("high-speed train") xidmətlərində tətbiq olunur. Bəzən qatarlarda yemək, baqaj daşınması, Wi-Fi, oturacaq seçimi üçün əlavə ödəniş tələb edə bilər. Qiymətlərə, həmçinin əməliyyat xərcləri və iqtisadi göstəricilər də təsir edir. 

Yanacaq, enerji, maaş, inflyasiya və ÜDM kimi faktorlar qiymətlərin formalaşmasında rol oynayır. Məsələn, İsveçrə və Almaniyada sərnişin başına qiymət yüksək görünə bilər, çünki əməliyyat xərcləri və maaşlar Avropanın orta səviyyəsindən yüksəkdir”.

Ekspert qeyd edib ki, Azərbaycanda qatar biletlərinin qiymət siyasəti Avropadan fərqlidir:

“Bakı-Gəncə marşrutu üzrə qatar biletlərinin qiyməti standart sinifdə 20 manat, biznes sinifdə isə 33 manat təşkil edir. Halbuki, eyni məsafəni avtobusla 10, 40 manata, taksi ilə isə təxminən 20 manata (4 nəfər üçün) getmək olar. 

Burada fərq yaranmasının səbəbləri sərnişin sayı və amortizasiyadır, avtobus bir çox sərnişin daşıyır, buna görə yanacaq və digər xərclər sərnişin başına daha ucuz düşür. Qatar isə daha az sərnişin daşındığı halda yüksək sabit xərclərə malikdir (lokomotiv, texniki xidmət, stansiya xərcləri).

Xidmət səviyyəsinə gəlincə, bəzi qatarlarda yemək və əlavə xidmətlər yoxdur, amma standart sinif və biznes sinif arasında qiymət fərqi olur. Azərbaycanda bilet qiymətləri hələ də tarif cədvəlləri əsasında tənzimlənir, “dinamik qiymət” və kilometraj prinsipi Avropa kimi geniş tətbiq olunmur.

Qiymətlərin kilometraj əsasında formalaşdırılmasına (Avropa təcrübəsi) baxımindan sadə yanaşsaq, 1 km üçün müəyyən məbləğ qoyulur. Sintez yanaşmada 1 km əsas qiymət, üstəgəl xidmət səviyyəsinə görə koeffisient və əlavə xidmətlər (oturacaq seçimi, yemək) olur. 

Dinamik tənzimləmədə yüksək tələbatlı vaxtlarda əlavə ödəniş, boş qatarlar üçün endirim müəyyənləşir. Bu sistem sərnişinə şəffaflıq verir və “üzü yol istiqamətinə” və ya digər süni fərqlərə görə əlavə ödənişlərin qarşısını alır”. 

Akif Nəsirli vurğulayıb ki, qatar biletlərinin qiymətlərinin aşağı salınması üçün yeni təkliflərə ehtiyac var:

“Azərbaycanda qiymətlərin aşağı salınması üçün bir sıra tədbirlər görülə bilər. İlk növbədə kilometraj əsasında tarif sistemi ola bilər. Bu yanaşma məsafəyə uyğun və xüsusilə standart sinif üçün daha şəffaf qiymət siyasəti yaradacaq. Dinamik qiymət siyasəti olarsa, həftəiçi və həftə sonunda, pik saatlar və boş vaxtlarda fərqli qiymətlərin müəyyənləşdirilməsi sərnişinlərin maraqlarını artırar. Paket xidmətlər tətbiqi də sərnişinlər üçün əlavə seçimlər yarada bilər. Məsələn, oturacaq, yemək və baqaj üçün əlavə seçim imkanları sərnişinlərin rahatlığını artıracaq.

Qiymətlərin daha münasib olması üçün investisiya və subsidiyalar da vacibdir. Dövlət dəstəyi və modern qatarlardan istifadə daha çox sərnişin cəlb etməyə imkan verə bilər. Reklam və marketinq kampaniyaları da sərnişin axınını artırmaqda mühüm rol oynayır. Uzun marşrutlarda endirim kartlarının və ya ailə biletlərinin tətbiqi sərnişinlərin qatar xidmətlərinə marağını yüksəldə bilər”.

İqtisadçı bildirib ki, hazırda Azərbaycanda qatar biletləri Avropa standartları ilə müqayisədə bir qədər baha görünür, xüsusilə avtobus və taksi ilə müqayisədə. 

“Kilometraj və xidmət səviyyəsinə görə şəffaf qiymət sistemi tətbiq olunsa, sərnişinlərin qatar seçim ehtimalı artar və tariflərin ədalətli olması təmin olunardı. Məsələn, Bakı–Gəncə marşrutu təxminən 347,5 km, Bakı–Tovuz marşrutu isə təxminən 432 km təşkil edir. İndi Avropa standartına uyğun olaraq təxmini bilet qiymətlərini hesablayaq.

Avropa standart qiymət hər km (təxmini)

Şərqi Avropa (Polşa, Çexiya, Slovakiya tipli):

Standart sinif: 0,05–0,07 € / km

Biznes/first class: 0,08–0,12 € / km

Qərbi Avropa (Almaniya, Fransa, İsveçrə tipli):

Standart sinif: 0,08–0,12 € / km

Biznes/first class: 0,14–0,20 € / km”.

Akif Nəsirlinin sözlərinə görə, Bakı-Gəncə marşrutu üçün biletlər Şərqi Avropa standartları ilə müqayisədə hələ də aşağı, Qərbi Avropa standartları ilə müqayisədə isə çox ucuzdur:

“Hazırda 1 avro ~ 2.0 AZN kimi götürək. Bakı-Gəncə marşrutu (347,5 km).

Şərqi Avropa tipli qiymətlərlə:

Standart: 347,5 × 0,05–0,07 € = 17,4–24,3 € → AZN: 34,8–48,6 AZN

Biznes: 347,5 × 0,08–0,12 € = 27,8–41,7 € → AZN: 55,6–83,4 AZN

Qərbi Avropa tipli qiymətlərlə:

Standart: 347,5 × 0,08–0,12 € = 27,8–41,7 € → AZN: 55,6–83,4 AZN

Biznes: 347,5 × 0,14–0,20 € = 48,7–69,5 € → AZN: 97,4–139 AZN

Müqayisədə, hazırda Bakı-Gəncə: 20 AZN (standard), 33 AZN (biznes). Şərqi Avropa ilə müqayisədə bilet qiyməti aşağıdır, Qərbi Avropa ilə müqayisədə isə hələ də çox ucuz.

Bakı–Tovuz marşrutu (432 km)

Şərqi Avropa tipli qiymətlərlə:

Standart: 432 × 0,05–0,07 € = 21,6–30,2 € → AZN: 43,2–60,4 AZN

Biznes: 432 × 0,08–0,12 € = 34,6–51,8 € → AZN: 69,2–103,6 AZN

Qərbi Avropa tipli qiymətlərlə:

Standart: 432 × 0,08–0,12 € = 34,6–51,8 € → AZN: 69,2–103,6 AZN

Biznes: 432 × 0,14–0,20 € = 60,5–86,4 € → AZN: 121–172 AZN

Müqayisədə isə, hazırda Bakı-Tovuz: ~20 AZN (standard). Avropa standartı ilə müqayisədə həddən artıq ucuzdur”.

Akif Nəsirli bildirib ki, Azərbaycan dəmir yolu biletləri Avropaya nisbətən ucuzdur:

“Hazırda Azərbaycan dəmir yolu biletləri kilometraj baxımından Avropaya nisbətən ucuzdur, xüsusilə uzun məsafələr üçün, məsələn, Bakı–Tovuz marşrutu. Qatar daha bahalı görünə bilər, çünki qatarın komfort və sabit xərcləri nəzərə alınır, amma real olaraq sərnişin başına qiymət Avropaya nisbətən hələ də aşağıdır. Qiymətlərin daha şəffaf və ədalətli olması üçün bu addımlar atılmalıdır. 

Kilometraj əsasında əsas tarif tətbiq edilməsi, standart və biznes sinif fərqləndirməsi, əlavə xidmətlərin (oturacaq seçimi, yemək) ayrıca qiymətləndirilməsi, dinamik qiymət siyasəti. Sonda bir məsələni də qeyd edək ki, Azərbaycan vətəndaşlarının gəlirləri avropalılardan dəfələrlə azdır. Bu da nəzərə alınmalıdır”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: qatar bilet Eldəniz Cəfərov Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see192

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see141

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see138

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see130

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see126

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see126

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see126

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see125

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see125

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see125

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri