Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Regionlarda həm təhsil, həm səhiyyə, həm də digər problemlərin həlli üçün kiçik kəndlərin birləşdirilməsi qaçılmazdır.
İdarəetmədə tam yeni üsullara və inzibati rayonların yenidən strukturlaşdırılmasına ehtiyac var.
Amma əgər idarəetmə üsul və formalarına dair bir dəyişiklik olmayacaqsa, o zaman mümkün qədər ən qısa zamanda kiçik kəndlərin birləşdirilməsinə dair işlərə başlanılmalıdır”.Bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib.
O bildirib ki, kiçik kəndlərin birləşməsinin xərclərin optimallaşdırılmasına, infrastrukturun təkmilləşməsinə, iqtisadiyyatın güclənməsinə, xidmətlərin keyfiyyətinin artmasına, idarəetmə səmərəliliyinin artırılmasına, balanslı inkişafa, yerli idarəetmənin güclənməsinə və s.
çox müsbət təsirləri olacaq: "Ən əsası, kəndlərdə təhsil, səhiyyə və digər xidmətlərin göstərilməsi mümkün olacaq ki, bu da hər sakin üçün əlçatan olacaq.
Kəndlərin birləşdirilməsi ilk baxışdan böyük vəsait tələb etsə də, prosesin sonunda həm dövlət, həm də insanlar qazanacaq".Maraqlıdır, bəs, bu təklif reallaşa bilərmi?
Əgər reallaşarsa, birləşmə hansı rayonların kəndlərindən başlayacaq?Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Arzuxan Əlizadənin fikrincə, bir sıra kəndlərin idarəetməsini daha mütəhərrik etmək baxımından bu addımlar atıla bilər: “Təkliflə tam tanış deyiləm.