Icma.az
close
up
RU
Azərbaycanda bu kəndlər BİRLƏŞDİRİLİR AÇIQLAMA

Azərbaycanda bu kəndlər BİRLƏŞDİRİLİR AÇIQLAMA

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Regionlarda həm təhsil, həm səhiyyə, həm də digər problemlərin həlli üçün kiçik kəndlərin birləşdirilməsi qaçılmazdır. İdarəetmədə tam yeni üsullara və inzibati rayonların yenidən strukturlaşdırılmasına ehtiyac var. Amma əgər idarəetmə üsul və formalarına dair bir dəyişiklik olmayacaqsa, o zaman mümkün qədər ən qısa zamanda kiçik kəndlərin birləşdirilməsinə dair işlərə başlanılmalıdır”.
Bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. 
O bildirib ki, kiçik kəndlərin birləşməsinin xərclərin optimallaşdırılmasına, infrastrukturun təkmilləşməsinə, iqtisadiyyatın güclənməsinə, xidmətlərin keyfiyyətinin artmasına, idarəetmə səmərəliliyinin artırılmasına, balanslı inkişafa, yerli idarəetmənin güclənməsinə və s. çox  müsbət təsirləri olacaq: 
"Ən əsası, kəndlərdə təhsil, səhiyyə və digər xidmətlərin göstərilməsi mümkün olacaq ki, bu da hər sakin üçün əlçatan olacaq. Kəndlərin birləşdirilməsi ilk baxışdan böyük vəsait tələb etsə də, prosesin sonunda həm dövlət, həm də insanlar qazanacaq".
Maraqlıdır, bəs, bu təklif reallaşa bilərmi? Əgər reallaşarsa, birləşmə hansı rayonların kəndlərindən başlayacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Arzuxan Əlizadənin fikrincə, bir sıra kəndlərin idarəetməsini daha mütəhərrik etmək baxımından bu addımlar atıla bilər:  
“Təkliflə tam tanış deyiləm. Amma əgər bu, daha yaxşı idarəetməyə gətirib çıxaracaqsa, niyə də olmasın? 
Öncə Azərbaycanda bələdiyyələrin birləşməsi, yenidən formalaşması prosesi baş verdi. Milli Məclisdə bununla bağlı qərar qəbul edildi. Bundan öncə 1606 bələdiyyə vardısa, son seçkilərdə 685 bələdiyyədə seçki keçirildi. Bu gün Azərbaycanda ilkin olaraq yaradılmış 2700-dən artıq bələdiyyənin əvəzinə 685 bələdiyyə fəaliyyət göstərir. Bu, əvvəlki bələdiyyələrin, eləcə də, bir neçə kənd, qəsəbə bələdiyyəsinin bir yerə birləşməsi yolu ilə formalaşıb. 
 

Bu mənada kəndlərin birləşməsi də mümkündür. Bir sıra kəndlərin idarəetməsini daha da uğurlu etmək üçün bu addımlar atıla bilər. Amma hələlik bu məsələ gündəmdə deyil.  Ola bilər, müvafiq qurumlar bununla bağlı araşdırmalar, müzakirələr  aparır, bu haqda dəqiq bilgim yoxdur. Amma istənilən halda daha yaxşı idarəetməyə səbəb olacaqsa, bu məsələyə baxıla bilər”.


Deputat bildirib ki, əgər bunun effektivliyi təsdiqini taparsa, birləşdirilən ucqar kəndlər olacaq: 
"Çünki hazırda tibb məntəqəsi, apteki, bankomatı olmayan, yolu çətin, bir çox xidmətlərdən istifadə edə bilməyən ucqar kəndlər var. Yəqin ki, birləşdirilən məhz belə kəndlər olacaq”.
Rəna Cumaqızı, Bizim.Media
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Fevral 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see451

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see341

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see332

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see319

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see289

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see288

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see284

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see273

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see271

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see270

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see268

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see266

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see248

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see248

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see248

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see221

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see214

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see209

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri