Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır. Son günlər sosial şəbəkələrdə yeni şantaj metodu yayılıb.
Belə ki, qadınlar həmcinslərinə tövsiyə edir ki, həyat yoldaşının (ərinin) xəyanət etdiyini bildikdə səbirli olsunlar, həmin an ona bildirməsinlər.
Daha sonra saxta hesabdan ona yazıb xəyanət etdiyindən xəbərdar olduğunu desinlər və bunu həyat yoldaşına (arvadına) deməməsi üçün pul tələb etsinlər.
İddia edirlər ki, beləliklə, qadın ərindən intiqam almış olacaq.
Bu fikir zarafatla səsləndirilmiş olsa da, bir çox şəxs tərəfindən ciddi qəbul edilə bilər.
Bəs bunu edən şəxsləri qanunla hansı cəza gözləyir? Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, xəyanət e
Rüsvayedici məlumatların yayılması hədəsi ilə kimdənsə pul və ya əmlak tələb etmək cinayət tərkibi yaradacaq və məsuliyyətə səbəb olacaq.
Hətta yoldaşı şikayətini geri götürsə belə, bu cinayətlə bağlı cinayət təqibi, ictimai ittiham qaydasının da aparıldığı üçün yoldaşının şikayətini geri götürməyinin heç bir əhəmiyyəti olmayacaq.