Icma.az
close
up
RU
Azərbaycanda bu qadınlar 5 illik HƏBS OLUNACAQ

Azərbaycanda bu qadınlar 5 illik HƏBS OLUNACAQ

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər sosial şəbəkələrdə yeni şantaj metodu yayılıb. Belə ki, qadınlar həmcinslərinə tövsiyə edir ki, həyat yoldaşının (ərinin) xəyanət etdiyini bildikdə səbirli olsunlar, həmin an ona bildirməsinlər. Daha sonra saxta hesabdan ona yazıb xəyanət etdiyindən xəbərdar olduğunu desinlər və bunu həyat yoldaşına (arvadına) deməməsi üçün pul tələb etsinlər. İddia edirlər ki, beləliklə, qadın ərindən intiqam almış olacaq. Bu fikir zarafatla səsləndirilmiş olsa da, bir çox şəxs tərəfindən ciddi qəbul edilə bilər. 


Bəs bunu edən şəxsləri qanunla hansı cəza gözləyir?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, xəyanət edən həyat yoldaşını hədələyərək pul tələb etmək qanunla qadağandır və belə hallar cinayət məsuliyyəti yaradır: 


“Hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayətdir və hədənin edildiyi andan başa çatmış hesab olunur. Rüsvayedici məlumatların yayılması hədəsi ilə kimdənsə pul və ya əmlak tələb etmək cinayət tərkibi yaradacaq və məsuliyyətə səbəb olacaq. Hətta yoldaşı şikayətini geri götürsə belə, bu cinayətlə bağlı cinayət təqibi, ictimai ittiham qaydasının da aparıldığı üçün yoldaşının şikayətini geri götürməyinin heç bir əhəmiyyəti olmayacaq. Belə ki, dövlət bu cinayətə görə sizdən əl çəkməyəcək. Ona görə də bu kimi hərəkətə cəhd göstərilməməlidir, nəticəsi ağır ola bilər. Belə ki, hədə-qorxu ilə tələb etmə cinayətinə görə, 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub”.


Firuzə Əliyeva
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 Yanvar 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri