Azərbaycanda çoxnikahlılığa icazə veriləcək? RƏSMİ AÇIQLAMA | Icma.az
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Son dövrlər bəzi media platformalarında “bir nikah prinsipinin Azərbaycan reallığına cavab verib-vermədiyi” mövzusunda aparılan polemikalar ciddi narahatlıq doğurur”.Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
Bildirilib ki, bu cür yanaşmalar zahirən ictimai müzakirə təsiri bağışlasa da, mahiyyət etibarilə Azərbaycan Respublikasının ailə siyasətinin təməlini təşkil edən fundamental hüquqi prinsiplərin sorğulanmasına və dolayısı ilə çoxnikahlılığın normallaşdırılmasına yönəlmiş təhlükəli diskurs formalaşdırır: "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qəti şəkildə bildirir ki, “bir nikah prinsipi” Azərbaycan Respublikasının ailə qanunvericiliyində təsbit edilmiş, dövlətin ailə siyasətinin əsas sütunlarından biri olan hüquqi normadır.
Bu normanın “ictimai reallıq” adı ilə şübhə altına alınması hüquqi dövlət anlayışı ilə ziddiyyət təşkil edir və ailə institutunun mahiyyətinin deformasiyasına xidmət edir."Media subyektləri nəzərə almalıdırlar ki, ailə institutu ictimai sabitlik, sosial ədalət və insan hüquqlarının qorunması baxımından strateji əhəmiyyət daşıyan dövlət siyasəti sahəsidir.
Yadda saxlamaq lazımdır ki, “bir nikah prinsipi”nin sorğulanması qadın və uşaq hüquqlarının müdafiəsinə ciddi zərbə vurmaqla onların ailə münasibətlərindəki qanuni təminatlarını risk altına alır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çoxnikahlılığın dolayısı ilə məqbul düşüncə kimi təqdim olunmasına şərait yaradan yanaşmaları yolverilməz hesab edir.
Media subyektləri və sosial media platformaları ailə siyasəti ilə bağlı məsələlərdə daha məsuliyyətli mövqe tutmalı və cəmiyyət üçün təhlükəli diskurslara meydan açan müzakirələrə yol verməməlidirlər.Dövlət Komitəsi bir daha bəyan edir ki, qadın və kişilərin hüquq bərabərliyi, uşaq mənafeyinin üstünlüyü və nikahın könüllülüyü kimi ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan Ailəsinin təməl prinsiplərinin hər hansı formada sorğulanması qəbuledilməzdir və dövlətin ailə siyasətinə ziddir", - məlumatda qeyd olunub.Bizim.Media Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu