Icma.az
close
up
RU
Azərbaycanda çoxnikahlılığa icazə veriləcək? RƏSMİ AÇIQLAMA

Azərbaycanda çoxnikahlılığa icazə veriləcək? RƏSMİ AÇIQLAMA

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Son dövrlər bəzi media platformalarında “bir nikah prinsipinin Azərbaycan reallığına cavab verib-vermədiyi” mövzusunda aparılan polemikalar ciddi narahatlıq doğurur”.
Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
 

Bildirilib ki, bu cür yanaşmalar zahirən ictimai müzakirə təsiri bağışlasa da, mahiyyət etibarilə Azərbaycan Respublikasının ailə siyasətinin təməlini təşkil edən fundamental hüquqi prinsiplərin sorğulanmasına və dolayısı ilə çoxnikahlılığın normallaşdırılmasına yönəlmiş təhlükəli diskurs formalaşdırır:


"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qəti şəkildə bildirir ki, “bir nikah prinsipi” Azərbaycan Respublikasının ailə qanunvericiliyində təsbit edilmiş, dövlətin ailə siyasətinin əsas sütunlarından biri olan hüquqi normadır. Bu normanın “ictimai reallıq” adı ilə şübhə altına alınması hüquqi dövlət anlayışı ilə ziddiyyət təşkil edir və ailə institutunun mahiyyətinin deformasiyasına xidmət edir.
"Media subyektləri nəzərə almalıdırlar ki, ailə institutu ictimai sabitlik, sosial ədalət və insan hüquqlarının qorunması baxımından strateji əhəmiyyət daşıyan dövlət siyasəti sahəsidir.
 

Yadda saxlamaq lazımdır ki, “bir nikah prinsipi”nin sorğulanması qadın və uşaq hüquqlarının müdafiəsinə ciddi zərbə vurmaqla onların ailə münasibətlərindəki qanuni təminatlarını risk altına alır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çoxnikahlılığın dolayısı ilə məqbul düşüncə kimi təqdim olunmasına şərait yaradan yanaşmaları yolverilməz hesab edir.


Media subyektləri və sosial media platformaları ailə siyasəti ilə bağlı məsələlərdə daha məsuliyyətli mövqe tutmalı və cəmiyyət üçün təhlükəli diskurslara meydan açan müzakirələrə yol verməməlidirlər.
Dövlət Komitəsi bir daha bəyan edir ki, qadın və kişilərin hüquq bərabərliyi, uşaq mənafeyinin üstünlüyü və nikahın könüllülüyü kimi ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan Ailəsinin təməl prinsiplərinin hər hansı formada sorğulanması qəbuledilməzdir və dövlətin ailə siyasətinə ziddir", - məlumatda qeyd olunub.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Yanvar 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri