Azərbaycanda daha bir məhkum öldü

18.04.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

Avtosfer.az xəbər verir ki, Şəki Penitensiar müəssisəsində cəza çəkən məhkum Şəki rayon sakini 1960-cı il təvəllüdlü Vidadi Balıyev dünyasını dəyişib.

Onun kəskin ağciyər və ürək çatışmazlığından əziyyət çəkdiyi bildirilib. Xəstəxanaya yerləşdirilən məhkum, bu gün gecə saatlarında ölüb.

Qeyd edək ki, V.Balıyev 2017-ci ildə Şəkidə meşə ərazisində qaynını güllələyərək qətlə yetirdiyi üçün həbsdə olub.

Xatırladaq ki, bu, 2025-ci il ərzində həbsxanalarda qeydə alınan 12-ci ölüm hadisəsidir.(oxu.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью