Azərbaycanda daha bir məhkum öldü
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Azərbaycanda daha bir məhkum həbsdə ölüb.
Avtosfer.az xəbər verir ki, Şəki Penitensiar müəssisəsində cəza çəkən məhkum Şəki rayon sakini 1960-cı il təvəllüdlü Vidadi Balıyev dünyasını dəyişib.
Onun kəskin ağciyər və ürək çatışmazlığından əziyyət çəkdiyi bildirilib. Xəstəxanaya yerləşdirilən məhkum, bu gün gecə saatlarında ölüb.
Qeyd edək ki, V.Balıyev 2017-ci ildə Şəkidə meşə ərazisində qaynını güllələyərək qətlə yetirdiyi üçün həbsdə olub.
Xatırladaq ki, bu, 2025-ci il ərzində həbsxanalarda qeydə alınan 12-ci ölüm hadisəsidir.(oxu.az)
Bu mövzuda digər xəbərlər:Azərbaycanda məhkum həbsxanada öldü
26 Noyabr 2024 17:36
Azərbaycanda məhkum həbsxanada ÖLDÜ
26 Noyabr 2024 17:29
Azərbaycanda daha 2 məhkum həbsxanada ÖLDÜ
16 Dekabr 2024 11:29
Azərbaycanda məhkum həbsxanada öldü 19.12.2024
19 Dekabr 2024 17:31
Azərbaycanda daha bir tələbə öldü
11 Dekabr 2024 15:50
Baxış sayı:144
Bu xəbər 18 Aprel 2025 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















