News24 saytına istinadən Icma.az xəbər verir. Rayonların birində kasıb ailədə böyüyən, heç vaxt məktəbə getməyən azyaşlı 12 yaşında məcburi
News24.az Bizim.Media-ya istinadla xəbər verir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova özünün “Face
12 yaşı tamam olmamış, anasının razılığı ilə xalası oğluna ərə verilir.
Xalası oğlu görmə qabiliyyətindən məhrumdur və bu nikahın baş tutmasının əsas səbəbi ailənin kasıblığıdır.
Qız heç vaxt məktəbə getməyib, onun həyatı kiçik yaşlarından yük dolu olub.Azyaşlı olduğu üçün nə həkimə aparılıb, nə də sağlamlığına diqqət yetirilib.
Bir müddət sonra halı pisləşəndə, nəhayət, həkimə aparılır. Həkimlər uşağın ana bətnində öldüyünü aşkarlayırlar.
Süni doğuş nəticəsində qız ölü uşaq dünyaya gətirir. Lakin dərdi bununla bitmir – doğuşdan cəmi bir ay sonra yenidən hamilə qalır.
Çünki ətrafdakı insanlar onu uşağın ölümündə günahlandırır və bu, qızı mənəvi cəhətdən məhv edir”.Mehriban Zeynalova qeyd edib ki, azyaşlı 14 yaşında ikinci dəfə ana olub:“Yenə də azyaşlı olduğu üçün doğuş ev şəraitində həyata keçirilir.