Icma.az
close
up
RU
Azərbaycanda DƏHŞƏT 12 yaşında məcburi ƏRƏ verilən qızın HƏYAT HEKAYƏSİ

Azərbaycanda DƏHŞƏT 12 yaşında məcburi ƏRƏ verilən qızın HƏYAT HEKAYƏSİ

News24 saytına istinadən Icma.az xəbər verir.

Rayonların birində kasıb ailədə böyüyən, heç vaxt məktəbə getməyən azyaşlı 12 yaşında məcburi ərə verilib.  

News24.az Bizim.Media-ya istinadla xəbər verir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova özünün “Facebook” hesabında azyaşlının acı hekayəsini paylaşıb:

“Adını çəkmədiyimiz bir rayonun kasıb kəndlərindən birində yaşayan qızın taleyi ürəksızladan dərəcədə ağırdır. 12 yaşı tamam olmamış, anasının razılığı ilə xalası oğluna ərə verilir. Xalası oğlu görmə qabiliyyətindən məhrumdur və bu nikahın baş tutmasının əsas səbəbi ailənin kasıblığıdır. Qız heç vaxt məktəbə getməyib, onun həyatı kiçik yaşlarından yük dolu olub.

Azyaşlı olduğu üçün nə həkimə aparılıb, nə də sağlamlığına diqqət yetirilib. Bir müddət sonra halı pisləşəndə, nəhayət, həkimə aparılır. Həkimlər uşağın ana bətnində öldüyünü aşkarlayırlar. Süni doğuş nəticəsində qız ölü uşaq dünyaya gətirir. Lakin dərdi bununla bitmir – doğuşdan cəmi bir ay sonra yenidən hamilə qalır. Çünki ətrafdakı insanlar onu uşağın ölümündə günahlandırır və bu, qızı mənəvi cəhətdən məhv edir”.

Mehriban Zeynalova qeyd edib ki, azyaşlı 14 yaşında ikinci dəfə ana olub:

“Yenə də azyaşlı olduğu üçün doğuş ev şəraitində həyata keçirilir. Yaşadıqları ağır şərtlər və qeyri-insani təzyiqlər onu həyatdan daha çox küsdürür. Keçən ildən ərindən qeyri-rəsmi olaraq ayrı yaşamağa başlayıb, lakin rəsmi nikahları hələ də qüvvədədir. Çünki 18 yaşı tamam olduqda onu nikaha məcbur ediblər. Əri ondan 10 yaş böyük idi, lakin anası yenə də qızını qorumaq əvəzinə bu izdivaca razılıq verib. Bu acı dolu həyat hekayəsi, təəssüf ki, hələ də davam edir. Qız uşaqlığını itirmiş, amma nə uşaq ola bilmiş, nə də insan kimi yaşamağın nə olduğunu hiss edə bilib”.

Mehriban Zeynalova hazırda sözügedən qızın “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirildiyini deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 Noyabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see238

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see226

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see125

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see121

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see121

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see121

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see120

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri