GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir. Azərbaycanda dərslərin bitməsinə bir neçə gün qalıb.
Lakin may ayının sonlarından etibarən, əksər valideynlər övladlarını məktəbə göndərməkdən imtina edirlər.
Səbəb kimi iyundakı istiləri, dərs proqramının bitdiyini irəli sürürlər.
Bu fonda məktəblərdə tədris ilinin başlama və bitmə müddətinin dəyişdirilməsi təklif edilir.
Globalinfo.az-a danışan təhsil məslələri üzrə ekspert Kamran Əsədov deyib ki, dərs ilinin 14 iyuna qədər uzadılması məsələsi yenidən nəzərdən keçirilməlidir: “Dərs ilinin son iki həftəsi, xüsusilə 1-14 iyun aralığı real tədris yükü ilə deyil, formallıqla xarakterizə olunur.
Bu, nə şagirdin inkişafına töhfə verir, nə də təhsil prosesinin səmərəliliyini artırır.
Əksinə, iqlim şəraiti, psixoloji yüklənmə və sosial dinamika fonunda bu müddət həm müəllim, həm də şagird üçün məhsuldarlığı sıfıra yaxınlaşdırır.
Məktəblərin əksəriyyətində dərslər faktiki olaraq 1 sentyabrda başlayır.