Icma.az
close
up
RU
Azərbaycanda dərs ilinin başlama və bitmə tarixi dəyişir? Açıqlama

Azərbaycanda dərs ilinin başlama və bitmə tarixi dəyişir? Açıqlama

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda dərslərin bitməsinə bir neçə gün qalıb. Lakin may ayının sonlarından etibarən, əksər valideynlər övladlarını məktəbə göndərməkdən imtina edirlər. Səbəb kimi iyundakı istiləri, dərs proqramının bitdiyini irəli sürürlər. Bu fonda məktəblərdə tədris ilinin başlama və bitmə müddətinin dəyişdirilməsi təklif edilir.

Globalinfo.az-a danışan təhsil məslələri üzrə ekspert Kamran Əsədov deyib ki, dərs ilinin 14 iyuna qədər uzadılması məsələsi yenidən nəzərdən keçirilməlidir:

“Dərs ilinin son iki həftəsi, xüsusilə 1-14 iyun aralığı real tədris yükü ilə deyil, formallıqla xarakterizə olunur. Bu, nə şagirdin inkişafına töhfə verir, nə də təhsil prosesinin səmərəliliyini artırır. Əksinə, iqlim şəraiti, psixoloji yüklənmə və sosial dinamika fonunda bu müddət həm müəllim, həm də şagird üçün məhsuldarlığı sıfıra yaxınlaşdırır. Məktəblərin əksəriyyətində dərslər faktiki olaraq 1 sentyabrda başlayır. Belə olan halda, mayın sonuna qədər şagirdlər artıq 9 aylıq intensiv tədris prosesindən keçmiş olur. Bu müddət ərzində tədris proqramlarının böyük hissəsi tamamlanır, illik qiymətləndirmələr keçirilir, monitorinqlər və buraxılış imtahanları baş tutur. Nəticədə, iyun ayı artıq proqram xarakteri daşımayan, əsasən iştirak və formal dərs saatları ilə tamamlanan ay kimi görünür”.

Kamran Əsədov

Ekspert bildirib ki, 1-14 iyun tarixlərində şagirdlərin davamiyyət faizi 45-50 fazi arasında dəyişir:

“Bu, rəsmi olaraq “dərs günü” sayılsa da, praktiki baxımdan tədrisin təşkil olunmadığını və ya mənasızlaşdırıldığını təsdiqləyir. Hava şəraitinin isti və bəzən normadan artıq rütubətli olması xüsusilə sinif otaqları kondisionersiz olan məktəblərdə tədrisi demək olar ki, mümkünsüz edir. Azərbaycanda dərs ilinin müddəti ilə bağlı dəyişiklik edilməlidir. Mövcud 9 aylıq (sentabr–iyun) model saxlanacaqsa, bu zaman dərs ili 1 sentyabr-31 may aralığında planlaşdırılmalıdır. İyun isə istedadların inkişafı üzrə yay məktəbləri; könüllü yay məşğələləri; əyləncəli STEAM, idman və psixoloji dəstək proqramları; müəllimlər üçün metodik və diaqnostik hazırlıq ayı kimi nəzərdə tutulmalıdır. Əks halda, hər il iyun ayında eyni ssenari təkrarlanacaq. Yəni kitablar yığılacaq, uşaqlar məktəbdə yox, lakin “jurnalda” görünəcək. Təhsil sadəcə statistika ilə idarə olunan bir prosesə çevriləcək”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 İyun 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri